Maya Bakran: Riskli ərazilərdə urbanizasiyanın qarşısını almalıyıq AZƏRTAC
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 20 noyabr, AZƏRTAC
“Dayanıqlı şəhər mobilliyi planları şəhərlər üçün iqlim gündəmini təşkil edir. Bu il həmin tədbirlərə Avropanın 475 şəhəri qatılıb. Həmin şəhərlərdə məlumatlar toplanmalı və çoxmodelli sərnişin mərkəzləri yaradılmalıdır. Həmçinin, hökumətlər şəhərlərlə işləməlidir. Bilirik ki, dayanıqlı şəhər mobilliyi planları bütün dünyada geniş yayılır. Mövzu ilə bağlı işlərimiz davam edəcək”.
AZƏRTAC xəbər verir ki, bunu Avropa Komissiyasının Mobillik və Nəqliyyat baş müdirliyinin (MOVE) baş direktor müavini Maya Bakran COP29 çərçivəsində keçirilən Şəhər Nəqliyyatının Yaşıllaşdırılması üzrə Yüksəksəviyyəli dəyirmi masada deyib.
“Bir neçə ay əvvəl daşqınlar Mərkəzi Avropada və İtaliyada faciəvi ziyanlara səbəb olmuşdu. Şəhər planlaması bu hadisələri də nəzərə almalıdır. Beləliklə, çox riskli ərazilərdə urbanizasiyanın qarşısını almalıyıq və təbii ki, burada daha çox estetika lazımdır. Fəlakətlərdən sonra nəqliyyat sistemlərinin yenilənməsi lazımdır. Yaxşı bir qiymətləndirmənin aparılması üçün nəqliyyat sistemlərinin də risk qiymətləndirilməsi təhlillərinə ehtiyac var”, - deyə M.Bakran bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 20 Noyabr 2024 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















