Maya Sandu: İlk dəfə olaraq Moldovanın Avropa Birliyinə üzv olmaq üçün real şansı var AZƏRTAC
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Kişineu, 27 noyabr, AZƏRTAC
“Tarixdə ilk dəfə olaraq Moldovanın Avropa Birliyinə üzv olmaq üçün real, nəzərəçarpacaq şansı var”.
AZƏRTAC Moldpres-ə istinadla xəbər verir ki, bu sözləri Kişineuda keçirilən Avropa İnteqrasiya Forumunun açılışında ölkə Prezidenti Maya Sandu deyib.
Dövlət başçısı qeyd edib ki, Moldova indi ölkə tarixində yeni səhifəni qeyd edir – Avropa İttifaqına daxil olmaq məqsədi Moldova Respublikasının Konstitusiyasında təsbit olunub.
“Anti-Avropa təbliğatına baxmayaraq, moldovalılar bütün dünyaya Avropa dəyərlərinin bizim dəyərlərimiz olduğunu göstərdilər, Moldova Respublikasının tarixində ilk dəfə olaraq vətəndaşlar Konstitusiya referendumunda qərar qəbul etdilər. Bu qərar bizim, övladlarımızın gələcəyi ilə bağlı qərardır”, - deyə Maya Sandu əlavə edib.
Prezident bildirib ki, Moldovanın son iki ildə Aİ-yə inteqrasiyası digər namizəd ölkələrlə müqayisədə daha yüksək olub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 27 Noyabr 2024 03:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















