Mayami merinin Trampdan cəsarətli xahişi: Venesuela lideri olaraq...
Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
Mayami meri Trampdan Qonsales və Maçadonu Venesuelanın qanuni liderləri kimi tanımasını istəyib.
Turkustan.az xəbər verir ki, Mayami-Deyd dairəsinin meri, demokrat Daniella Levin Kava ABŞ prezidenti Donald Trampa məktub ünvanlayaraq Edmundo Qonsales Urrutia və Mariya Korina Maçadonun rəhbərlik etdiyi Venesuela hökumətinin tanınmasını xahiş edib. O, bu rəhbərliyin Venesuela xalqının “demokratik iradəsinə” uyğun olduğunu bildirib.
Levin Kava məktubunda qeyd edib:
“Hörmətlə, lakin eyni zamanda qətiyyətlə ABŞ-ı prezident Edmundo Qonsalesi və vitse-prezident Mariya Korina Maçadonu Venesuelanın qanuni liderləri kimi rəsmi şəkildə tanımağa və onlarla fəal əməkdaşlıq etməyə çağırıram.”
O əlavə edib ki, Venesuela xalqı Qonsales və Maçadonun ətrafında birləşərək demokratiyaya, qanunun aliliyinə qayıtmaq və avtoritarizmi sona çatdırmaq istiqamətində öz demokratik iradəsini açıq və birmənalı şəkildə ortaya qoyub.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 13 Yanvar 2026 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















