Mayda “Caspian Agro” və 30 cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgiləri keçiriləcək
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
May ayında Azərbaycanda kənd təsərrüfatı və qida sənayesi üzrə regionun ən böyük beynəlxalq sərgiləri təşkil ediləcək.
Sayca 18-ci olan Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri 13-16 may tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək.
2025-ci il “InterFood Azerbaijan” sərgisi üçün əlamətdar olacaq. Belə ki, regionunun ən böyük qida sənayesi üzrə ixtisaslaşmış sərgisi olan “InterFood Azerbaijan” sərgisi 30 illik yubileyini qeyd edəcək.
Hazırda aktiv şəkildə sərgilərə hazırlıq prosesi davam edir.
“Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Belarus, Belçika, Çin, Cənubi Koreya, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İordaniya, İran İslam Respublikası, İspaniya, İsrail, İtaliya, Latviya, Misir, Niderland, Rusiya Federasiyası, Şri Lanka, Türkiyə, Türkmənistan, Ukrayna və Yunanıstan şirkətləri artıq iştiraklarını təsdiq ediblər. Almaniya, Belarus, Gürcüstan, İtaliya, Koreya, Şri-Lanka və ilk dəfə olaraq Misir milli qruplar şəklində kənd təsərrüfatı və qida sənayesi məhsullarını sərgilərdə təqdim edəcək. “Prior Leasing ASC” bu sərginin qeydiyyat sponsoru qismində çıxış edəcək.
“Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinin təşkilatçıları “Caspian Event Organisers” şirkəti, eləcə də onun tərəfdaşları olan “Caspian Event Management” və “ICA Events” şirkətləridir.
Sərgilər haqqında ətraflı və yenilənən məlumatı www.caspianagro.az və wwww.interfood.az rəsmi internet səhifələrindən, eləcə də sosial şəbəkə hesablarından əldə etmək mümkündür.
Eləcə də, 2025-ci ildə təşkil ediləcək sərgilərin təqvimini rəsmi internet səhifəsində (https://exhibitions.ceo.az/az/exhibitions-calendar) və sosial şəbəkə hesablarında nəzərdən keçirmək olar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 18 Fevral 2025 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















