Icma.az
close
up
RU
Mayda ən böyük dolu hansı ərazilərə düşüb? RƏSMİ

Mayda ən böyük dolu hansı ərazilərə düşüb? RƏSMİ

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu ilin may ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 22 gün normadan yuxarı, 9 gün isə normadan aşağı müşahidə edilib.
Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudovun sözlərinə görə, orta aylıq temperatur 18°C isti təşkil edib ki, bu da iqlim normasından 1°C yuxarıdır.
O bildirib ki, yarımadada maksimal temperatur mayın 13-də 32°C isti (Maştağa), bölgələrdə isə mayın 28-də 33°C isti (Kürdəmir) təşkil edib. Minimal temperatur isə Bakıda və Abşeron yarımadasında mayın 5-də 9°C isti (Maştağa), yüksək dağlıq ərazilərdə isə mayın 9-da 2°C şaxta (Şahdağ) olub.
 

“May ayı ərzində bəzi günlərdə hava şəraiti fasilələrlə yağıntılı keçib, dağlıq ərazilərdə sulu qar və qar yağıb. Bəzi ərazilərdə yağıntılar leysan xarakterli, intensiv və güclü olub. Ümumilikdə, bölgələr üzrə 31 gün yağıntılı hava şəraiti müşahidə edilib. Ən çox yağıntı aylıq normanın 749 faizi olmaqla Bakı və Abşeron yarımadasına (Bakı – 148 mm), aylıq normanın 199 faizi olmaqla Balakən–Şəki zonasına (Kişçay-Şəki – 206 mm) və aylıq normanın 265 faizi olmaqla Lənkəran–Astara zonasına (Biləsuvar – 85 mm) düşüb. Yağan qar nəticəsində qar örtüyünün maksimal hündürlüyü mayın 9-da Şahdağda 9 sm qeydə alınıb”.


N.Mahmudov onu da qeyd edib ki, may ayı ərzində ölkənin müxtəlif bölgələrində dolu hadisələri də qeydə alınıb. Dolu əsasən Bakı və Abşeron yarımadası, Gədəbəy, Şəmkir, Şuşa, Laçın, Qəbələ, Şəki, Qax, Balakən, Zaqatala, Yardımlı, Qusar, İsmayıllı, Ağstafa, Daşkəsən, Kəlbəcər və digər rayonlarda müşahidə olunub.
Dolu dənələrinin diametri əksər hallarda 4–20 mm arasında dəyişib. Ən böyük dolu isə mayın 29-da Oğuz rayonunun Qarabulaq və Böyük Söyüdlü kəndlərində qeydə alınıb, diametri 15–30 mm təşkil edib.
“2026-cı ilin may ayı ərzində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq 10 sarı və narıncı xəbərdarlıq verilib. Bakı və Abşeron yarımadasında 11 gün, bölgələrdə isə 18 gün küləkli hava şəraiti müşahidə olunub. Küləyin maksimal sürəti həm Bakı və Abşeron yarımadasında, həm də bölgələrdə 28 m/s-dək güclənib”.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://bizim.media
archiveBu xəbər 06 İyun 2026 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see288

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see275

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see239

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see221

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see216

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see208

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see205

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see205

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see196

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see187

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see181

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see180

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see180

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see177

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri