Mayda itkin düşən qadın Feysbukda yazılan şərhə əsasən tapıldı Foto
Icma.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
3 aya yaxındır itkin düşən qadın Feysbukda yazılan bir şərhlə tapılaraq ailəsinə təhvil verilib.
Tribunainfo.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Feysbuk hesabından İsmayıllıda may ayından itkin düşən 1985-ci il təvəllüdlü Elnarə Kərimova ilə bağlı məlumat paylaşmışdı. DİN rəsmisinin bu paylaşımına Məşədi Yəmin Kürdəxanılı adlı şəxs rəy yazaraq həmin xanımı Ləhic bağlarında gördüyünü bildirib.
Bu məlumat əsasında may ayında itkin düşən xanım vətəndaşın qeyd etdiyi yerdə tapılıb.
DİN rəsmisi Elşad Hacıyev bildirib ki, bu kimi hallarda sosial şəbəkələri, vətəndaşların diqqətinin rolu böyükdür.
“Bir rəylə İsmayıllıda may ayında itkin düşən qadının yeri polis əməkdaşları tərəfindən müəyyən olundu. Ona görə deyirik ki, biz birlikdə güclüyük. Vətəndaşa təşəkkür edirik”.
Gülşən Rəsul
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 14 İyul 2025 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















