Icma.az
close
up
RU
Mayda Milli Ödənişlər Sistemində Ani Ödənişlər Sisteminin payı 54 faizə çatıb

Mayda Milli Ödənişlər Sistemində Ani Ödənişlər Sisteminin payı 54 faizə çatıb

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 9 iyun, AZƏRTAC

May ayında Milli Ödənişlər Sistemində Ani Ödənişlər Sisteminin payı 54 faizə çatıb. Qarşıdakı dövrdə bu göstəricinin daha da artırılması planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədr müavini Vüsal Xəlilov “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” mövzusunda keçirilən beynəlxalq tədbirdə çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, Ani Ödənişlər Sisteminin inkişafı istiqamətində mühüm işlər görülür və sistemin əhatə dairəsi davamlı olaraq genişləndirilir.

V.Xəlilov qeyd edib ki, sammitlərin regional xarakter daşıması maliyyə sektorunda əməkdaşlığın güclənməsi baxımından əhəmiyyətlidir. O vurğulayıb ki, maliyyə sektorunun inkişafında Mərkəzi Bankın rolu böyükdür və qurumun fəaliyyətində əsas prioritetlər şəffaflıq və effektiv kommunikasiyadır.

Sədr müavini bildirib ki, maliyyə sektorunun üzləşdiyi əsas çağırışlardan biri xərclərlə bağlıdır. Bu xərclərə həm rəqəmsallaşma prosesləri, həm də nağdsız ödənişlərin inkişafı ilə əlaqədar yaranan məsrəflər daxildir.

“Az-QR ödənişləri hazırda bazarda ən aşağı xərcli ödəniş vasitələrindən biridir. Bu isə təsərrüfat subyektlərinin əməliyyat xərclərinin azalmasına imkan yaradır. Həyata keçirilən bütün tədbirlər məhz xərc çağırışlarının aradan qaldırılmasına xidmət edir. Dünyada rəqəmsallaşma səviyyəsi artdıqca bu istiqamətdə təşəbbüslərin sayı da çoxalır. Mərkəzi Bank tərəfindən bununla bağlı kompleks tədbirlər həyata keçirilir”, – deyə V.Xəlilov vurğulayıb.

Video - Mirrəsul Cəfərov

Fotoqraf - Tofiq Babayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 İyun 2026 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see372

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see336

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see286

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see284

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see272

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see267

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see256

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see253

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see251

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see245

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see241

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see230

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see223

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see208

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see190

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see189

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see183

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see183

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see181

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri