Icma.az
close
up
RU
Mayda toy edən bir cütlük boşanarsa, bunu dərhal həmin ayla əlaqələndirirlər Psixoloq

Mayda toy edən bir cütlük boşanarsa, bunu dərhal həmin ayla əlaqələndirirlər Psixoloq

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Bəzi bölgələrin özlərinə xas adətləri var ki, may ayında toy etmək olmaz. Bölgə sakinlərinin isə bu məsələlərlə bağlı müxtəlif fikirləri var.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında psixoloq Zeynəb Əyyubova bildirdi ki, bəziləri “may məyus aydır” deyir, bəziləri isə bu ayı kənd təsərrüfatının ən işlək dövrü hesab edərək, insanların məşğul olması səbəbilə toyların yubanmasını istəmirlər:

"Psixoloji baxımdan isə bu kimi inancların formalaşması kollektiv şüur və mədəni ənənələrin bir hissəsi kimi qiymətləndirilə bilər. İnsanlar adət-ənənələrə bağlı olduqda özlərini daha güvəndə hiss edirlər. Xüsusilə kənd və qəsəbə kimi daha bağlı icmalarda bu cür inancların nəsildən-nəslə ötürülməsi, cəmiyyətin birlik ruhunu qorumağa xidmət edir. Bu zaman insanlar fərdi qərar verməkdən çox, “cəmiyyət nə deyər?” düşüncəsi ilə hərəkət edirlər ki, bu da psixoloji olaraq sosial təsdiq ehtiyacından qaynaqlanır".

Həmsöhbətimizin sözlərinə görə, bəzi inanclar simvolik mənalar daşıyır və illərlə bu düşüncədə yaşamaq insanların reallıqla bağlı qənaətlərini də formalaşdırır.

"Məsələn, may ayında toy edən bir cütlük boşanarsa, bunu dərhal həmin ayla əlaqələndirirlər. Halbuki, bu təsadüf ola bilər. Amma bu kimi inanclar “özünü doğruldan proqnoz” psixoloji mexanizmini də işə sala bilər, yəni insanlar inandıqları şeylərə uyğun hərəkət etdikdə nəticə də həmin yöndə inkişaf edə bilər.

Psixoloq olaraq tövsiyəm odur ki, əgər bir cütlük may ayında toy etmək istəyirsə və bu qərar onlarda müsbət emosiyalar doğurursa, həmin tarixə mənfi anlam yükləmək əvəzinə, onu özləri üçün unudulmaz və xoş bir günə çevirməyə fokuslansınlar. Ən vacib olan, qərarın sevgi, anlaşma və qarşılıqlı hörmət üzərində qurulmasıdır. Ənənələrə hörmət etmək gözəldir, amma eyni zamanda fərdi xoşbəxtliyimizi də ön planda tutmağı unutmamalıyıq", - deyə psixoloq vurğuladı.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 May 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see211

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see170

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see157

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see151

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see137

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see136

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see135

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see134

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri