Mayın 30 dan şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılır
Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.
2025-2026-cı tədris ilinin ikinci yarımilinin yekunlaşması ilə əlaqədar olaraq, 30 may 2025-ci il saat 17:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi sistemi vasitəsilə valideynlər tərəfindən yeni sorğuların verilməsi prosesi müvəqqəti dayandırılacaq. Bu barədə SİA-ya MÜTDA-dan məlumat verilib.
Bildirilib ki, valideynlər 30 may tarixinə qədər təsdiqlənmiş sorğular üzrə tələb olunan müvafiq sənədləri ümumi təhsil müəssisələrinə təqdim etməlidirlər. Göstərilən tarixədək tamamlanmayan sorğular və növbələr sistem tərəfindən avtomatik olaraq ləğv ediləcək.
Qeyd edək ki, növbəti tədris ili üçün şagirdlərin yerdəyişməsi üzrə elektron xidmətin aktivləşdiriləcəyi tarix barədə ictimaiyyətə məlumat veriləcək.
Baxış sayı:99
Bu xəbər 26 May 2025 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















