Mayk Doran: Görünür, Donald Tramp və Elon Mask USAID lə bağlı Azərbaycanla eyni fikirdədir
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Bu təşkilat bir çox ölkələrin, o cümlədən öz ölkəmizin daxili siyasətinə çox açıq şəkildə müdaxilə edir”
Vaşinqton, 5 fevral, AZƏRTAC
“Görünür, Donald Tramp və Elon Mask USAID-lə bağlı Azərbaycanla eyni fikirdədir və bununla bağlı həll edilməsinə ehtiyac duyulan real problemlərin olduğunu qəbul edirlər”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Hudson” İnstitutunun aparıcı eksperti Mayk Doran deyib. O bildirib ki, USAID artıq Amerikanın xarici siyasətinin bir qolu olmaqdan çıxıb və qlobal proqressiv hərəkatın alətinə çevrilib. “Hesab edirəm ki, bu təşkilat həqiqətən də bir çox ölkələrin, o cümlədən öz ölkəmizin daxili siyasətinə çox açıq şəkildə müdaxilə edir”, - deyə amerikalı ekspert əlavə edib.
Konqresin Demokratlar Partiyasından olan təmsilçilərinin ABŞ Prezidenti Donald Trampın USAID-i bağlamağa səlahiyyətlərinin çatmadığı ilə bağlı fikirlərini şərh edən Mayk Doran bu baxımdan məsələ ətrafında böyük mübarizənin gedəcəyinin gözlənildiyini deyib.
“USAID qanunla yaradılmış bir təşkilatdır. Deməli, bunu yalnız prezidentin imzası ilə aradan qaldırmaq mümkün olmayacaq. Beləliklə, böyük mübarizə gedəcək. Bunun necə nəticələnəcəyini dəqiq proqnozlaşdırmaq mümkün deyil. Amma hesab edirəm ki, örtük götürülüb və biz hamımız indi USAID-i görürük və bilirik ki, ən azından onun həqiqətən də islahatlara ehtiyacı var”.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 05 Fevral 2025 10:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















