Maykl Antonionun qəzaya düşən “Ferrari”si BU QİYMƏTƏ satılır
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Vest Hem”in sabiq hücumçusu Maykl Antonionun qəzaya düşən "Ferrari"si satışa çıxarılıb.
İdman.biz xəbər verir ki, futbolçuya məxsus zədələnmiş "Ferrari Lusso" avtomobili "eBay" platformasında 50 min funt sterlinqə təklif olunur.
Dəyəri təxminən 260 min funt olan bu maşın 2024-cü ilin dekabrında baş vermiş ağır qəzanın xatirəsidir. Həmin vaxt Antonio idarəetməni itirərək ağaca çırpılmışdı. O, bud sümüyü sınıqları ilə helikopterlə xəstəxanaya aparılmışdı. Yamayka millisinin üzvü həmin hadisədən möcüzə sayəsində sağ çıxdığını deyib.
Bərpa olunduqdan sonra Antonio artıq güclü mühərrikli avtomobillərdən imtina etdiyini və “idman maşınlarının onun dostu olmadığını” bildirmişdi.
Futbolçu qəza anını demək olar ki, xatırlamadığını, ailəsinin isə onun sağ qalmasına sevindiyin söyləyib. Ağır zədədən sonra Antonio 2025-ci ilin iyununda yenidən futbol meydanlarına qayıdaraq Yamayka millisində oynayıb. Lakin “Vest Hem” onunla müqaviləni uzatmayıb və hazırda 34 yaşlı hücumçu klubsuzdur. O, "TNT Sports" kanalında futbol eksperti kimi fəaliyyət göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 12 Oktyabr 2025 23:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















