Maykl Ceksonun həyatından bəhs edən filmin ekranlara çıxacağı tarix məlum oldu
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Lionsgate" və "Universal"ın Maykl Cekson haqqında çəkdikləri bioqrafik filmin nümayişi gələn ilin aprel ayına təxirə salınıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Deadline" nəşri məlumat yayıb.
Bioqrafik film 24 aprel 2026-cı ildə buraxılacaq. Tarixlər bir neçə səbəbə görə dəyişdirilib, bunlardan biri də yayım müddətinin çox uzun olmasıdır. Filmin ilk versiyası 3.5 saatdan çox çəkib. Bundan əlavə, sənətçi yeniyetməyə cinsi təcavüzdə ittiham olunduğu üçün yaradıcılar epizodları yenidən çəkiblər.
Yeri gəlmişkən, filmin nümayiş tarixi artıq üçüncü dəfədir ki, təxirə salınır. Əvvəlcə filmin 2025-ci il aprelin 18-də, sonra isə bu il oktyabrın 3-də ekranlara çıxacağı deyilirdi.
Baxış sayı:95
Bu xəbər 25 İyul 2025 04:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















