Mayor Şahin Quliyevə hökm oxundu
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin (TTM) Tibb Xidmətinin sabiq rəisi, mayor rütbəsində xidmət etmiş Şahin Quliyevin barəsində rüşvət alma ittihamı ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Şahin Quliyev 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin (TTM) Tibb Xidmətinin sabiq rəisi Quliyev Şahin Varis oğlu DTX tərəfindən həbs edilib.
Sail Ağasəlim
Baxış sayı:29
Bu xəbər 01 Dekabr 2025 18:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















