Icma.az
close
up
RU
Menu

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

General mayor rütbəsi alan hərbçilər kimdir?

“İlin modeli” seçildi Fotolar

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Bu rayona yeni polis rəisi təyin edildi

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Liqa 1: Marsel darmadağına sevindi

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

Mazut istehsalında rekord artım: Dövlət büdcəsinə təsiri olacaq?

Mazut istehsalında rekord artım: Dövlət büdcəsinə təsiri olacaq?

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son illərdə qlobal enerji bazarında baş verən dəyişikliklər, həmçinin Azərbaycanın neft və qaz sektorunda həyata keçirdiyi modernizasiya tədbirləri ölkədə neft məhsullarının istehsal dinamikasına da təsir göstərməkdədir. Bu kontekstdə 2025-ci ilin yanvar-aprel aylarında mazut istehsalının kəskin şəkildə artması diqqət çəkir. Dövlət Statistika Komitəsinin məlumatına görə, həmin dövrdə mazut istehsalı 55,1 min tona çatıb və əvvəlki ilin eyni dövründəkindən 55,1 dəfə çoxdur. Əvvəlki illərin dinamikasına nəzər saldıqda, vəziyyətin bu qədər kəskin dəyişməsi diqqəti cəlb edir. 2024-cü ilin yanvar-aprel aylarında ölkədə cəmi 1,0 min ton mazut istehsal edilmişdi. Daha öncəki illərdə mazut istehsalı kifayət qədər aşağı səviyyədə qalmışdı. 2023-cü ilin sonunda (dekabrın 1-nə) ölkədə hazır mazut ehtiyatı 1,4 min ton təşkil edirdi. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 min ton və ya 17,6 faiz azalma deməkdir. 2022-ci ilin sonlarında bu göstərici 1,7 min ton idi. Rəqəmlərdən də göründüyü kimi, mazut istehsalında əvvəlki dövrlərin göstəriciləri elə də çox deyil. Amma bu il üçün 55 dəfə artım əldə etmişik. Bu artımın səbəbləri nələrdir?

Oxu.Az bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

"Qəzadan sonra mazutun istehsal həcmi artıb"

Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyevin sözlərinə görə, mazut istehsalının artmasının səbəbi əvvəlki ildə baş verən azalmadır:

"Buna da səbəb olan faktorlar mövcuddur. Neft emalının dərinliyi artdıqca, mazut adətən təkrar emala məruz qalır. SOCAR-ın aktivində olan Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan iki mərhələli modernləşdirmə və yenidənqurma layihəsi çərçivəsində emal dərinliyi 97 faizə çatdırıldığından, ötən il və cari ilin yanvar-fevral ayları ərzində mazut istehsal edilməyib".

Z.Vəliyevin fikrincə, istehsal olunan mazut ixrac edilib:

"Cari ilin mart ayının 4-də Heydər Əliyev adına Neft Emalı Zavodunda neftin ilkin emalı qurğusunda baş vermiş texnoloji qəzadan sonra, zavodun emal göstəriciləri, xüsusən də açıq rəngli məqsədli neft məhsullarının (avtomobil benzini, reaktiv mühərrik yanacağı, dizel yanacağı) emal göstəriciləri aşağı düşüb, yalnız tünd rəngli neft məhsulları qrupuna aid mazutun istehsal həcmi artıb. Bu səbəbdən də bu il üçün mazut istehsalında 55 dəfə artıma nail olmuşuq. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar - fevral aylarına emal gücündə mazut istehsalı 0,0 mt təşkil edib. Mart ayının 4-dən 25-nə kimi neft emalı zavodunda 42400 ton mazut istehsal edilərək, Gürcüstanın Qara dəniz kəsimində yerləşən SOCAR aktivində olan Kulevi terminalı üzərindən beynəlxalq müştəri bazarlarına göndərilib".

"Gələcəkdə mazut istehsalı gözlənilmir"

Ekspert düşünür ki, artıq ölkəmizdə mazuta tələbat azalır, o səbəbdən də istehsalı azalan istiqamətdə gedəcək:

"Bizdə mazuta ümumiyyətlə ehtiyac yoxdur. Çünki, aktivimizdə olan İES-lər mazut rejimində yox, metan tərkibli təbii qaz rejimində fəaliyyət göstərir. Azərbaycanın daxili bazarında bu yanacağa tələbat minimaldır, çünki yerli elektrik stansiyaları gündəlik xammalla yüklənmədə əsasən təbii qazdan istifadə edir. Ümumiyyətlə, yeni iqlim tələbləri və sərt ekoloji standartlar çərçivəsində elektrik stansiyalarında xammal olaraq mazutdan istifadə məqsədəuyğun deyil. Cari ilin may ayının ilk ongünlüyündə Neft Emalı Zavodunda baş vermiş texnoloji qəzanın nəticələri aradan qaldırıldıqdan sonra, zavodda mazut istehsalı dayandırılıb və növbəti aylarda adıçəkilən yanacaq növünün istehsalı gözlənilmir".

Elektrik enerjisinin strukturundan asılıdır

İqtisadçı Eldəniz Əmirov da artımın əsas səbəbini baş verən texniki problemlərdə görür:

"Mazut daha çox elektrik enerjisinin istehsalında istifadə olunan xammaldır. Ölkəmizdə elektrik enerjisinin strukturundan asılı olaraq istehsalı baş verir. Bütün hallarda neftin sonrakı proseslərdə emalından, emalın hansı dərəcəyə qədər aparılmasından, emaldan alınan mazutun hansı istiqamətdə istifadəsindən asılı olaraq istehsal həcmi dəyişə bilir. 2025-ci ilin ötən dövrü ərzində mazut istehsalındakı 55 dəfə artımın başlıca səbəbi 2024-cü ildəki göstəricilərin kifayət qədər aşağı olmasıdır. Bir il əgər göstərici aşağıdırsa, digər il istehsal normal olduqda da artım kimi nəzərə çarpır. 2024-cü ildə mazutun istehsalındakı azalmanın səbəbi onunla bağlı müxtəlif fəaliyyət sahələrində enişlərin olmasıdır. Bu, təmirlə əlaqədar da ola bilər. Həmçinin hansısa istehsal prosesinin müəyyən səbəblərdən dayanması hesabına da baş verməsi mümkündür".

E.Əmirov mazut istehsalının artmasının iqtisadiyyatımız üçün faydalarından da danışdı:

"Mazut istehsalının artması və ya azalmasının dövlət büdcəsinə hər hansısa bir xüsusi üstünlük qazandırdığını düşünmürəm. Çünki istehsalatın həcmi hər an dəyişə bilir. Bildiyimiz kimi neftdən alınan məhsullar müxtəlif təyinatlar üzrə istifadə olunur. Bəzi illərdə neft məhsullarından biri gəlirli olur, gələcək dövrdə digəri".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://oxu.az
archiveBu xəbər 04 Avqust 2025 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see189

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see187

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see156

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see139

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see132

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see131

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see129

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see126

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see125

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see124

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see124

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see124

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see124

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see123

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see123

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri