Icma.az
close
up
RU
MBA proqramına qəbulda dəyişikliklər edilməlidir AÇIQLAMA

MBA proqramına qəbulda dəyişikliklər edilməlidir AÇIQLAMA

Icma.az bildirir, Modern.az portalına istinadən.

MBA (Master of Business Administration) proqramı dünyada ən çox tələb olunan magistr proqramlarından biridir və əsasən menecment, biznes strategiyaları, maliyyə, insan resursları və marketinq sahələrində peşəkar biliklər qazandırır.

Lakin Azərbaycanda magistr imtahanlarında az bal toplayan tələbələrin çoxunun MBA proqramını seçməsi artıq bir tendensiyaya çevrilib. Bu isə MBA təhsilinin həqiqi məqsədini və onun kimlər üçün uyğun olduğunu müzakirə etməyi vacib edir.

Modern.az-a mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov bildirib ki, MBA proqramı əsasən iş dünyasında rəhbər və idarəetmə vəzifələrində çalışmaq istəyən şəxslər üçün nəzərdə tutulub.

"Dünyanın aparıcı universitetlərində MBA proqramına qəbul üçün yalnız akademik göstəricilər deyil, həm də iş təcrübəsi, liderlik qabiliyyəti və strateji düşünmə bacarıqları tələb olunur. Harvard Business School, Wharton School və Stanford Business School kimi nüfuzlu MBA proqramlarına qəbul olan tələbələrin böyük əksəriyyəti minimum 2-5 illik iş təcrübəsinə malikdirlər. Bu təcrübə onların proqramın praktiki yönümlü təlimlərinə daha effektiv şəkildə qoşulmasına və real biznes problemlərini həll etmə bacarığını inkişaf etdirməsinə kömək edir.

Azərbaycanda isə MBA proqramına qəbul üçün belə tələblər yoxdur və çox zaman bakalavrdan birbaşa MBA-ya keçid edilir. Bu, MBA-nın əsas məqsədindən uzaqlaşmasına səbəb olur. MBA proqramının əsas mahiyyəti yalnız nəzəri biliklər öyrətmək deyil, həm də real biznes problemlərini həll etmək üçün tələbələrə praktiki bacarıqlar qazandırmaqdır. İş təcrübəsi olmadan MBA proqramına daxil olan şəxslər bu proqramın təqdim etdiyi dərin analitik və strateji bacarıqları tam mənimsəyə bilmirlər. Məhz bu səbəbdən, dünyanın bir çox aparıcı universitetlərində iş təcrübəsi olmayan tələbələr üçün fərqli proqramlar (MSc in Management və ya MSc in Business Analytics kimi) təklif olunur.

MBA təhsilinin ən böyük üstünlüklərindən biri şəbəkələşmə (networking) imkanlarıdır. MBA tələbələri adətən müxtəlif sahələrdə çalışan peşəkar şəxslərlə bir araya gəlir və bu onların gələcək iş imkanlarını artırır. Məsələn, ABŞ və Avropada MBA proqramlarının məzunları üçün xüsusi biznes görüşləri, investor forumları və startaplar təşkil edilir. Lakin Azərbaycanda MBA təhsili alanların çoxu təcrübəsiz olduğu üçün bu cür imkanlardan tam yararlana bilmirlər".

Təhsil eksperti onu da bildirib ki, Azərbaycanda MBA məzunlarının əmək bazarında rəqabət qabiliyyəti çox zəifdir. İnkişaf etmiş Qərb ölkələrində MBA məzunlarının orta illik maaşı 175.000 ABŞ dolları olsa da, ölkəmizdə  Abu proqramı bitirdikdən sonra yüksək maaşlı vəzifələr tapmaqda çətinlik çəkirlər. Nəticədə, MBA-nın real dəyəri azalır və yalnız akademik bir göstərici olaraq qalır:

"MBA proqramının önəmini artırmaq üçün Azərbaycanda qəbul qaydalarında müəyyən dəyişikliklər edilməlidir. İlk növbədə, MBA proqramına qəbul üçün minimum iş təcrübəsi tələbi qoyulmalı və proqramın məzmunu daha çox praktiki yönümlü olmalıdır. Bununla yanaşı, yerli universitetlərdə MBA proqramları beynəlxalq səviyyədə akkreditasiya olunmalı və nüfuzlu xarici universitetlərlə əməkdaşlıq çərçivəsində tədris metodları yenilənməlidir.

MBA təhsilini əsasən iş həyatında müəyyən təcrübə qazanan, biznes idarəçiliyində irəliləmək istəyən və gələcəkdə rəhbər vəzifələrdə çalışmaq arzusunda olan şəxslər almalıdır. Əgər məqsəd yalnız magistr diplomu əldə etmək və ya akademik bilikləri artırmaqdırsa, daha uyğun ixtisaslar (məsələn, iqtisadiyyat, maliyyə, idarəetmə elmləri üzrə magistr proqramları) seçilməlidir. MBA proqramı praktik yönümlü olduğu üçün təcrübəsiz şəxslər üçün nəzərdə tutulmayıb və bu sahəyə yalnız real biznes problemlərini həll etmək istəyən şəxslər yönəlməlidir".

"Azərbaycanda MBA təhsilinin populyarlığının artması sevindirici haldır, lakin onun keyfiyyətinin artırılması və həqiqi məqsədinə uyğun insanlara yönləndirilməsi üçün ciddi islahatlara ehtiyac var. Əks halda, MBA proqramları dəyərini itirə bilər və əmək bazarında gözlənilən üstünlükləri təmin edə bilməz",- deyə sonda Kamran Əsədov qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:319
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Fevral 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see302

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see294

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see266

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see240

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see236

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see234

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see229

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see227

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see225

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see215

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see199

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see197

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see196

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see195

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see193

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see191

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri