Icma.az
close
up
RU
Mbappe Arda tandemi yenə iş başında fransalı ulduz ÇL in rekordunu təkrarladı

Mbappe Arda tandemi yenə iş başında fransalı ulduz ÇL in rekordunu təkrarladı

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çempionlar Liqasında əsas mərhələnin 2-ci turunda ''Real'' gözlənildiyi kimi Qazaxıstanda ciddi problem yaşamadı. ''Kral klubu'' ''Kayrat'' ilə səfər oyununda ilk yarıda yalnız bir qol vursa da, yekunda 5:0 hesablı inamlı qələbə qazandı.

Het-trik edən Kilian Mbappe matçın qəhrəmanı oldu. Digər qolları isə Eduardo Kamavinqa ilə Braim Dias vurdu. ÇL-də vurduğu qolların sayını 60-a çatdıran fransalı ulduz Tomas Mülleri (57) geridə qoyaraq turnirin ən məhsuldar oyunçuları siyahısında 6-cı pilləyə yüksəldi. Mbappe bir göstəricidə isə turnirin rekordunu təkrarladı.
Belə ki, o, ÇL-də səfər oyunlarında artıq 3-cü het-trikini rəsmiləşdirdi! Bunu daha öncə yalnız bir futbolçu - sabiq italiyalı forvard Filippo İnzaqi bacarmışdı. Maraq üçün Lionel Messi ilə Kriştiano Ronaldonun ÇL-də səfər oyunlarında yalnız iki het-triklərinin olduğunu bildirək.
Ümumilikdə Mbappe ÇL-də 4-cü het-trikini reallaşdırdı. Bu mövsüm onun aktivində artıq 13 qol, 1 məhsuldar ötürmə var. Xabi Alonsonun təyinatından sonra komandada daha önəmli rol oynamağa başlayan Arda Gülər də aktivinə növbəti məhsuldar ötürmə yazdı. Onun Mbappe ilə tandemi diqqət çəkir. Bu mövsüm bu ikili ''Real''a artıq 5 qol qazandırıb!
Ümumilikdə cari ''futbol ili''ndə türkiyəli yarımmüdafiəçi 10 rəsmi oyunda aktivinə 3 qol, 5 məhsuldar ötürmə yazıb. Mbappe ''Kayrat''la oyundan sonra həm Arda, həm də vurduğu 3 qola rəğmən önəmli fürsətləri boşa verməsi haqda danışaraq bunları deyib:

''Arda Gülər ilə münasibətlərim əladı. Gənc və çox istedadlı futbolçudu. İnanılmaz potensiala malikdi və ona yardım etməliyik. Onun kimi futbolçuya sahib olduğumuz üçün sevincliyik. Mənim kimi bir futbolçu üçün oyunda 5 fürsət yaranırsa, onların hamısını qola çevirməliyəm. ''Real'' məni məhz buna görə transfer edib. Hər zaman daha artığını istəyirəm. Bu gün 3 qol vursam da, bundan artığını vura bilərdim. Qapı önündə daha təhlükəli olmağa çalışmalıyam''.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 Oktyabr 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see164

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see159

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see145

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see144

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see134

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see134

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri