Mbappe Azərbaycanla matçda oynamaq istəyir
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Fransa millisinin futbolçusu Kilian Mbappe DÇ-2026-nın seçmə mərhələsində sabah Parisdə Azərbaycan yığmasına qarşı keçirəcəkləri matçda oynamaq istəyir.
“Qafqazinfo” xəbər verir ki, “Real”da çıxış edən 27 yaşlı hücumçu bu barədə mətbuat konfransında açıqlama verib.
“Azərbaycana qarşı görüş İslandiya ilə matçdan az önəmli deyil. Məqsədimiz dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaqdır. Bu hədəfə çatana kimi mübarizə aparmalıyıq. Azərbaycanla oyuna ciddi yanaşıb, qələbə qazanmalıyıq. Mən sabah oynamaq istəyirəm. Baş məşqçimiz Didye Deşam da bunun əleyhinə deyil. Ciddi problem olacağını düşünmürəm, özümü yaxşı hiss edirəm”.
Qeyd edək ki, Fransa - Azərbaycan görüşü oktyabrın 10-da “Park de Prens” stadionunda, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 09 Oktyabr 2025 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















