Mbappe Benfika ya qarşı oynamayacaq RƏSMİ
sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Real" UEFA Çempionlar Liqası pley-off mərhələsinin cavab görüşü çərçivəsində doğma meydanda "Benfika"nı qəbul edəcək. Sport24.az xəbər verir ki, Madrid təmsilçisi matça ciddi itki ilə çıxacaq.
Kilian Mbappe vacib oyunda komandaya kömək edə bilməyəcək. Fransalı forvardın dizində zədə var. 27 yaşlı hücumçunun adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.
Kilian Mbappe bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 38 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Real" - "Benfika" qarşılaşması bu gecə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Komandalar arasında Lissabonda keçirilən ilk matç İspaniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 25 Fevral 2026 19:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















