Mbappe əfsanəvi Ronaldonun nəticəsini təkrarladı
Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Real Madrid"in hücumçusu Kilian Mbappe İspaniya nəhənginin forması ilə ilk het-trikinə imza atıb. Fransalı forvard La Liqanın 21-ci turu çərçivəsində dünən baş tutan oyunda - "Valyadolid"lə səfər matçında (3:0) komandasının bütün qollarını vurub.
Fanat.Az "OptaJose" portalına istinadən xəbər verir ki, Mbappe ən tez het-trik edən "Real"lıların siyahısında 4-cü yerə yüksəlib.
Kilian 19-cu oyununda rəqib qapısına 3 dəfə yol tapıb. Beləliklə, o, "Kral klubu"ndakı 19-cu matçında ilk het-trikini etmiş əfsanəvi braziliyalının - Ronaldonun nəticəsini təkrarlayıb.
"Real"da ən tez het-trik müəllifi olmuş oyunçu Rud van Nistelroydur. Niderland millisinin sabiq forvardı paytaxt təmsilçisinin heyətindəki 2-ci qarşılaşmasında 3 dəfə fərqlənib. Qaret Beyl (9) və Emmanuel Adebayor (14) isə növbəti sıralarda qərarlaşıblar.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 26 Yanvar 2025 09:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















