Mbappe Fransa millisinin bombardiri olması ilə bağlı fikirlərini bildirib
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Fransa millisinin hücumçusu Kilian Mbappe milli komandasında tarixi qol vurma rekorduna imza atması ilə bağlı şərh verib.
İdman.Biz bildirir ki, hücumçu Fransa millisində 58-ci qolunu vuraraq Olivye Jirunu keçib.
“58 qol. Bu qədər böyük futbolçunun oynadığı bir ölkədə milli komandamızın tarixində ən çox qol vuran oyunçu olmaq böyük şərəfdir. İlk gündən mənə göstərdikləri sarsılmaz etimada görə bütün komanda yoldaşlarıma, məşqçilər heyətinə və Fransa Futbol Federasiyasına təşəkkür edirəm. Dəstəyinizə görə də təşəkkür edirəm. İrəliləməyə davam edirik və hələ görüləsi çox şey var...”, - Mbappé sosial media hesabı X-də yazıb.
27 yaşlı hücumçu 2026-cı il dünya çempionatında Seneqala qarşı son matçında (3:1) 58-ci qolunu vurub. Bu qolla Mbappé milli komandada 100-dən az oyun keçirərək Fransa futbolu tarixində ən çox qol vuran oyunçular siyahısına liderlik edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:205
Bu xəbər 18 İyun 2026 00:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















