Icma.az
close
up
RU
Mbappe ilə PSJ arasında 663 milyon avroluq savaş: Nə olacaq bu işin sonu?

Mbappe ilə PSJ arasında 663 milyon avroluq savaş: Nə olacaq bu işin sonu?

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kilian Mbappe ilə PSJ arasındakı anlaşılmazlıq məhkəməyə verilib və ümumi məbləği 663 milyon avro olan təzminat iddiaları irəli sürülüb. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, PSJ keçmiş hücumçusundan 440 milyon avro, Mbappe isə klubdan 263 milyon avro tələb edir. Bu, futbol tarixində bir oyunçu ilə bir klub arasında ən böyük məhkəmə çəkişməsi kimi tarixə düşməyə hazırlaşır. Məhkəmənin qərarı üçün hələlik konkret tarix açıqlanmayıb, lakin prosesin olduqca çətin olacağı gözlənilir.

Kilian Mbappe ilə PSJ arasında 2024-cü ilin yayından bəri həll olunmayan mübahisə Paris Əmək Məhkəməsində keçirilən dinləmə ilə rəsmiləşdirilib. Tərəflər uzun müddətdir davam edən müqavilə və ödəniş mübahisələri zamanı ilk dəfə üz-üzə görüşüblər.

PSJ keçmiş hücumçusu Mbappedən rekord məbləğdə təzminat tələb edib. Dinləmədən sonra klubun vəkili Renaud Semerdcian PSJ-nin ümumilikdə 440 milyon avro tələb etdiyini açıqlayıb. Tələblərə klubun imicinə dəyən ziyan, müqavilənin səbəblərinin gizlədilməsi və Mbappenin rədd etdiyi iddia edilən "Əl-Hilal"ın 300 milyon avroluq təklifindən irəli gələn transfer imkanlarının itirilməsi daxildir. PSJ Mbappenin pulsuz getməmək vədini pozduğunu iddia edir.

Lakin Mbappenin müdafiəçiləri PSJ-nin iddialarını rədd edir və klubdan ümumilikdə 263 milyon avro tələb edir. Ulduz oyunçunun vəkilləri psixoloji təzyiq və pis rəftar iddiaları qaldıraraq, müqaviləsinin ədalətsiz olaraq qeyri-müəyyən müddətə uzadıldığını, əmək haqqı və bonusların ödənilmədiyini iddia edirlər. Mbappenin kompensasiya iddiasına həmçinin 55 milyon avro ödənilməmiş debitor borcları da daxildir.

Məhkəmədə mübahisələndirilən ümumi kompensasiya 663 milyon avroya çatıb. Bu rəqəm futbol tarixində bir oyunçu ilə klub arasında ən böyük hüquqi mübarizə kimi tarixə düşməyə hazırlaşır. Məhkəmənin qərarı üçün hələlik konkret tarix açıqlanmayıb, lakin prosesin olduqca çətin olacağı gözlənilir.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://lent.az
archiveBu xəbər 19 Noyabr 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri