Mbappe: Messidən fərqliyəm, 100 yaşıma qədər oynaya bilərəm
Icma.az bildirir, Demokrat.az portalına istinadən.
“Real Madrid”in fransalı hücumçusu Kilian Mbappe özünü “Barselona” və Argentina millisinin əfsanəsi Lionel Messi ilə müqayisə etməsi barədə danışıb.
Demokrat.az xəbər verir ki, Fransanın “L'Equipe” qəzetinə verdiyi müsahibədə Mbappedən Lionel Messi kimi 39 yaşında oynamağı xəyal edib-etmədiyi soruşulub. O, belə cavab verib: “Lazım gələrsə, özümü 100 yaşına qədər oynayan biri kimi görürəm! (gülür).”
O əlavə edib: “Eyni keyfiyyətdə ola bilərəmmi? Bu, zəka məsələsidir: artıq davam edə bilməyəcəyin anı bilmək. Messi bu sualı özünə vermək məcburiyyətində qalmadı, çünki hələ də bunu bacarır. Bundan sonrası isə Lionel Messidir, Lionel Messi. Mən isə özümü fərqli oyunçu kimi görürəm. Amma o da həmin fərqli oyunçulardan biridir.”
“Real Madrid”in baş məşqçisi Joze Mourinyodan nə gözlədiyi barədə danışan Mbappe deyib: “Sadəcə məni meydana buraxmasını. (gülür). Qalan məsələlərə uyğunlaşa biləcəyimi düşünürəm. Xüsusi gözləntim yoxdur. Onun özün olması tamamilə kifayətdir.”
Mbappedən karyerasını Çempionlar Liqasını və ya “Qızıl top”u qazanmadan başa vurmağı təsəvvür edib-etmədiyi də soruşulub. O, belə cavab verib:
“Bəli. Qazanmaq meydanda baş verir. “Qızıl top” isə eyni zamanda səsvermədən də asılıdır. Amma 10 il sonra nələrin olacağına baxmazdan əvvəl, hazırda nələrin baş verdiyinə nəzər salmaq lazımdır. Bu il “Qızıl top”u qazanmaq üçün böyük şansım var.”
Jalə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Mbappe bu göstəricidə yalnız Messidən geridədi
14 Dekabr 2024 18:09
Mbappe özünü Ronaldo və Messidən üstün tutdu
08 İyun 2026 11:27
Salah: 40 yaşıma qədər oynaya bilərəm
28 May 2025 14:00
Mbappe 400 cü qolu Ronaldo ilə Messidən tez vurdu
24 Noyabr 2025 09:24
“Mbappe hələ 100 faiz hazır deyil”
27 İyul 2026 23:31
Baxış sayı:129
Bu xəbər 12 Sentyabr 2026 17:36 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları