Mbappe məsuliyyəti öz üzərinə götürdü
Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Real”ın hücumçusu Kilian Mbappe komandasının La Liqanın 19-cu turunda “Atletik”ə məğlubiyyətini şərh edib.
QOL.az xəbər verir ki, 26 yaşlı futbolçu sözügedən görüşdə penaltini dəqiq yerinə yetirə bilməyib. Nəticədə Madrid təmsilçisi 1:2 hesabı ilə uduzub.
Mbappe isə matçdan sonra sosial şəbəkə hesablarında etdiyi paylaşımda məsuliyyəti öz üzərinə götürüb: “Bu, pis nəticədir. Hər detalın vacib olduğu matçda böyük səhv etdim. Bütün məsuliyyəti öz üzərimə götürürəm. Çətindir, amma vəziyyəti dəyişmək və kim olduğumu göstərmək üçün ən yaxşı vaxtdır”.
Qeyd edək ki, Mbappe ardıcıl 2 dəfə penaltini qeyri-dəqiq yerinə yetirib. Bundan əvvəl o, Çempionlar Liqasında "Liverpul"la matçda (0:2) qol şansını dəyərləndirə bilməmişdi.
Hazırda "Real" 33 xalla İspaniya çempionatının turnir cədvəlində ikinci yerdədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 05 Dekabr 2024 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















