Icma.az
close
up
RU
Mbappe “Qızıl top”u qazanmaqla ÇL in qalibi olmağı müqayisə etdi

Mbappe “Qızıl top”u qazanmaqla ÇL in qalibi olmağı müqayisə etdi

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kilian Mbappe ispaniyalı jurnalistlərin bir sıra suallarını cavablayıb.
"Football-plus.az" xəbər verir ki, ötən yay PSJ-ni azad agent kimi tərk edərək “Real” ilə 5 illik müqavilə bağlayan fransalı hücumçu bir sıra variantlar arasında məhz hazırkı klubuna üstünlük verdiyini deyib.
Bu mövsüm ağ formada müxtəlif turnirlərdə 46 oyuna çıxan Mbappe 32 qolun və 4 məhsuldar ötürmənin müəllifi olub. O, Madridə gəlməzdən əvvəl bir sıra başqa klublardan da təklif alıb:

“Başqa klublar? Çox yaxşı təkliflər almışdım, amma mən yalnız “Real” haqda düşünürdüm. Mən indi bu klubla tarix yazmaq istəyirəm”.


DÇ-2018-də Fransa yığması ilə çempion olan 26 yaşlı hücumçu jurnalistlərdən birinin depressiya ilə bağlı sualını belə cavablayıb:

“Bu problemdən əziyyət çəkən bir neçə adamı tanıyıram. Komanda yoldaşlarım da depressiya yaşayıblar. Bir müddət o qədər də yaxşı oynamadım, amma problemim psixoloji xarakerli deyildi. Haqqımda cürbəcür fikirlər dolaşırdı. Bəzilərinin barəmdə həqiqət olmayan iddialar səsləndirməsi mənim üçün heç də xoş deyildi. Ona görə ki, depressiya çox ciddi mövzudu. İndi cəmiyyətdə bu problem haqda danışmaqdan çəkinmirlər. Fikrimcə, bu, yaxşı haldı. Bu məsələyə böyük hörmətlə yanaşıram”.


Kilian “Qızıl top”u qazanmaqla Çempionlar Liqasının (ÇL) qalibi olmağı müqayisə edib. O, hazırkı komandası ilə ÇL-də qələbəyə üstünlük verdiyini deyib:

“Qızıl top” fərdi bir mükafatdı. Mən həmişə demişəm ki, “Real”da olmağın qiyməti yoxdu. Çempionlar Liqasında qalib gəlmək və klubun tarixinin bir parçası olmaq istəyirəm. Müəyyən hədəflərim var. Mən qol vurmağı sevirəm, amma ən əsası La Liqa və Çempionlar Liqası da daxil olmaqla komanda ilə kuboklar qazanmaqdı”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 Aprel 2025 02:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri