Mbappe “Real” üçün işə qarışdı: Hədəf “Bavariya”nın ulduzudur
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
Fransa millisinin və İspaniyanın “Real Madrid” futbol klubunun hücumçusu Kilian Mbappe komanda yoldaşı Maykl Oliseni karyerasını İspaniyada davam etdirməyə razı salmağa çalışır.
İdman.Biz “El Chiringuito”ya istinadən xəbər verir ki, Mbappe Fransa millisində birlikdə çıxış etdiyi Olise ilə bu barədə danışıqlar aparır. O, “Bavariya”nın futbolçusunu Münhen klubundan ayrılaraq “Real”a keçməyə təşviq edir.
Mənbənin məlumatına görə, Mbappe Olisenin “Real”ın hücum xəttini gücləndirəcəyinə inanır. Fransa millisinin kapitanı Madrid klubunun hücum potensialını artırmaq üçün 24 yaşlı futbolçunun transferini vacib hesab edir.
Olisenin DÇ-2026 başa çatdıqdan sonra “Bavariya” rəhbərliyi ilə görüşəcəyi bildirilir. Tərəflər bu görüşdə futbolçunun gələcəyini və mümkün transfer variantlarını müzakirə edəcəklər.
Geridə qalan mövsümdə Olise “Bavariya”nın heyətində 57 oyuna çıxıb. O, bu matçlarda 25 qol vurub və 28 məhsuldar ötürmə edib. Fransalı futbolçu Münhen təmsilçisi ilə Bundesliqa və Almaniya kubokunun qalibi olub.
Olise həmçinin “Bavariya”da ilin futbolçusu seçilib. Bundan başqa, o, Almaniya çempionatının ən yaxşı oyunçusu adına layiq görülüb. Fransa Peşəkar Futbolçular Milli İttifaqı - UNFP isə onu ölkə xaricində çıxış edən ən yaxşı fransalı futbolçu kimi mükafatlandırıb.
Qeyd edək ki, Fransa millisi DÇ-2026-da mübarizəni davam etdirir. Komanda 1/8 final mərhələsində Paraqvayla qarşılaşmağa hazırlaşır.
Baxış sayı:108
Bu xəbər 02 İyul 2026 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















