Mbappe Ronaldonun rekorduna şərik çıxdı, qolu onun kimi qeyd etdi Video
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İspaniya çempionatının 17-ci turunda “Real Madrid” doğma meydanında “Sevilya” ilə qarşılaşıb.
Yeniavaz.com xəbər verir ki, Xabi Alonsonun rəhbərlik etdiyi komanda 2:0 hesabı ilə qalib gəlib.
38-ci dəqiqədə ingilis yarımmüdafiəçisi Cud Bellinqem topu başla qapıya göndərib. 86-cı dəqiqədə isə fransız hücumçusu Kilian Mbappe penalti zərbəsini dəqiq yerinə yetirib.
Bununla da Mbappe 2025-ci ildə “Real Madrid” forması ilə vurduğu qolların sayını 59-a çatdırıb və Kriştianu Ronaldonun rekorduna şərik çıxıb. O, qolu da Ronaldoya xas formada qeyd edib.
Qeyd edək ki, “Real Madrid” hazırda 42 xalla ikinci, “Sevilya” isə 20 xalla doqquzuncu yerdədir. Turnir cədvəlinə 43 xalla “Barselona” liderlik edir.
Baxış sayı:43
Bu xəbər 21 Dekabr 2025 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















