Icma.az
close
up
RU
Mbappe yaşıl meydandan kənarda da qalib gəldi!

Mbappe yaşıl meydandan kənarda da qalib gəldi!

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Real”ın hücumçusu Kilian Mbappe üçün xoş xəbərlə açıldı: fransalı ulduzun İsveçdə zorlama və seksual qısnamada iştirakı ilə bağlı şübhələrə əsaslanan iş bağlanıb. Artıq futbolçu və fanatları rahat nəfəs ala bilər.

Təbii ki, iş lazımi sübutların olmaması üzündən qapanıb. İlkin istintaqa rəhbərlik edən prokuror Marina Çirakova bu xəbəri ictimaiyyətə açıqlayıb:

“Təhqiqatın gedişində əsaslı şəkildə zorlamada, həm də iki seksual qısnama cəhdində suçlanan şəxs aşkar olunub. Ancaq bizim dəyərləndirməmizə görə, işi davam etdirmək üçün yetərincə sübut yoxdu, bu üzdən təhqiqat başa çatıb. Göstərilən şəxsə bu cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürülməyib”.


Xatırladaq ki, oktyabrın 14-də “Aftonbladet” və “Expressen” qəzetləri Mbappenin Stokholma səfərinin ardından İsveçdə zorlama ittihamı üzrə təhqiqatın başladığını xəbər vermişdi. Yerli KİV bildirirdi ki, Kilian dostlarıyla birgə Fransa milli komandasının Millərlər Liqasında İsraillə keçirdiyi oyun vaxtı İsveç paytaxtına baş çəkib. O, restoranda və gecə klubunda olub, növbəti gün isə vətəninə qayıdıb.
Polis münaqişəni aydınlaşdırmaq üçün fransalı ulduzun qaldığı oteli ziyarət edib. “TV4 News” iddia edirdi ki, zərərçəkən qadın tibbi yardım üçün müraicət edib və Mbappeni zorlamada suçlayıb. “L'Equipe” isə yazırdı ki, bu qalmaqal fonunda Kilianda mental problemlər yaranıb. Amma futbolçu bu ehtimalı qətiyyətlə rədd etdi:

“Başverənlər məni qətiyyən narahat etmir. Heç bir çağırış almamışam, mən də hamı kimi mətbuatdan oxuyuram. Çox təəccübləndim. Bəzən heç vaxt ola biləcəyini düşünmədiyin hadisələr də baş verir. İstintaq orqanlarından heç bir çağırış almamışam. İsveç hakimiyyəti bu mövzuda mənə heç nə deməyib. Bu hadisəyə qarışacağım yoxdu. Sadəcə, anlaşılmazlıqdı. Hədsiz çox səs-küy var. Ancaq mənim həmişə bir niyyətim olub – işə köklənmək, bütün bunların nə ilə bitəcəyini gözləmək”.


Bildiyiniz kimi, 25 yaşlı hücumçu yay “transfer pəncərəsi”ndə PSJ-dən “Real”a keçib. Madrid klubunun heyətində bütün turnirlərdə 21 oyun keçirib, 11 qol vurub, 2 məhsuldar ötürmə verib. “Atalanta” ilə dekabrın 10-da keçirilən Çempionlar Liqasının oyununda isə zədələnərək yerini Rodriqoya verib. Onun təxminən 10 günlüyə sıradan çıxdığı bildirilir. Kilian sol budunun arxa əzələsi ilə bağlı problem yaşayır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 Dekabr 2024 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see442

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see268

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see236

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see235

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see216

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see216

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see214

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see211

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see203

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see203

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see200

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see198

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see195

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see194

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see192

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see191

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see189

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see187

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see175

Bakının çox sayda küçəsində qaz olmayacaq ÜNVANLAR

02 Oktyabr 2026 08:52see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri