Mbappedən Realın azarkeşlərinə müraciət
Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Real Madrid"in hücumçusu Kilian Mbappe klubun son oyunlardakı uğursuzluqları fonunda sosial şəbəkələrin birində azarkeşlərə ünvanlanan paylaşım edib.
Lent.az xəbər verir ki, futbolçu paylaşımda, “Tezliklə görüşərik! Həmişə olduğu kimi gəlin birlikdə olaq! Madridə gedək!” sözlərini yazıb. Həmçinin Mbappe paylaşımın altına “Real Madrid”in ev stadionu olan “Santyaqo Bernabeu”nun şəklini əlavə edib.
Bu gün, noyabrın 9-da İspaniya La Liqasının növbəti turunun oyunu çərçivəsində "Real Madrid" "Osasuna"nı qəbul edəcək.
Xatırladaq ki, Mbappe cari mövsüm başlamazdan əvvəl "Real Madrid"ə keçib. Fransalı 15 oyunda 8 qol vurub, iki məhsuldar ötürmə edib.
Baxış sayı:94
Bu xəbər 09 Noyabr 2024 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















