Mbappenin petisiyasında imzaların sayı 40 milyonu keçdi
Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.
Fransız hücumçu Kilian Mbappenin “Real Madrid”dən getməsini tələb edən petisiya 40 milyondan çox imza toplayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ESPN telekanalı məlumat yayıb.
Məlumata görə, iki gün əvvəl bu rəqəm cəmi 11 milyon olub.
Qeyd edək ki, Mbappenin İspaniya liqasının “Barselona” ilə 35-ci tur matçından əvvəl İtaliyaya tətilə getməsi birmənalı qarşılanmayıb və xüsusilə azarkeşlər tərəfindən ciddi tənqid olunub.
Fransalı hücumçunun intizam məsələləri ilə bağlı da ciddi problemləri olduğu bildirilir.
“L'Equipe” qəzeti isə bundan əvvəl Mbappenin komandanın oyunçuları ilə münasibətlərinin pisləşdiyini bildirmiş, oyunçuların fransız futbolçunun klubda xüsusi imtiyazlardan istifadə etdiyinə inandıqlarını əlavə etmişdi.
Qeyd edək ki, 27 yaşlı Kilian Mbappe 2024-cü ildən bəri “Real Madrid”də oynayır. Onun əvvəlki klubu Fransanın “Pari Sen Jermen” klubu olub.
Bu mövsüm Mbappe bütün turnirlərdə 41 oyunda 41 qol vurub və 6 məhsuldar ötürmə edib. Ümumilikdə, o, Madrid klubunda 100 oyunda 85 qol vurub və 11 məhsuldar ötürmə edib.
Xatırladaq ki, “Real Madrid”in “Barselona” ilə oyunu mayın 10-da keçiriləcək.
Bu mövzuda digər xəbərlər:40 milyon nəfər Mbappenin gedişini istəyir
08 May 2026 12:06
Mbappenin menecer maaşı klubdakı futbolçuları keçdi
08 Fevral 2026 17:14
Mbappenin oyunundan narazıdırlar
15 Noyabr 2024 08:13
Mbappenin oynamamasının səbəbi
19 İyun 2025 13:44
Mbappenin eqosu yoxdur
09 Noyabr 2024 17:12
Baxış sayı:117
Bu xəbər 08 May 2026 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















