Icma.az
close
up
RU
“McDonald s Azərbaycan”ın yeni restoranı Qala qəsəbəsində açılıb FOTO

“McDonald s Azərbaycan”ın yeni restoranı Qala qəsəbəsində açılıb FOTO

Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.

“McDonald's Azərbaycan” şirkətinin sayca 32-ci restoranı mayın 23-də Qala qəsəbəsində - Mərdəkan şosesinin cənub-şərq tərəfində, yeni fəaliyyətə başlamış “Rahat Gourmet Market”-də açılıb.

Müasir “in-store” formatında hazırlanmış restoranın tərtibatında funksionallığı rahat planlaşdırma ilə birləşdirən “Geometry” dizaynından istifadə edilib. Daxilində 132 oturacaq yeri nəzərdə tutulmuş restoranın 40 yerlik geniş terrası isti vaxtlarda rahat istirahət üçün idealdır. Restoranda həmçinin “McDelivery” xidməti göstərilir ki, bu da yaxın qəsəbələrə daha sürətli çatdırılma etməyə imkan verəcək.

“McDonald's Azərbaycan”ın digər restoranlarında olduğu kimi, burada da qabaqcıl xidmət texnologiyaları - interaktiv özünəxidmət köşkləri, həmçinin sifarişləri birbaşa masa arxasında əyləşərək qəbul etməyə imkan verən “table service” xidməti tətbiq edilib. Avtomobil sürücüləri üçün nəzərdə tutulmuş “MakAvto” xətti daha rahat xidmət göstərməyə şərait yaradır.

“Rahat Gourmet Market”-də yerləşən McDonald’s restoranın açılması ilə 70 yeni iş yeri yaradılıb. Hazırda “McDonald's Azərbaycan” şirkəti ölkə üzrə 2900 nəfərdən çox Azərbaycan vətəndaşını iş yeri ilə təmin edir.

Azərbaycan iqtisadiyyatına investisiya yatıran ilk beynəlxalq brendlərdən biri olan “McDonald's” artıq 25 ildir ki, yerli istehsal həcmlərinin artırılmasına töhfə verməklə, ölkədə qeyri-neft sektorunun inkişafını fəal şəkildə dəstəkləyir.

“McDonald's Azərbaycan”ın təchizat və logistika, rekruitment, həmçinin informasiya texnologiyaları, marketinq və s. kimi müxtəlif iqtisadi sahələri təmsil edən 100-dən çox yerli podratçı şirkət ilə fasiləsiz əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://sfera.az
archiveBu xəbər 23 May 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see278

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see201

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see169

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri