Icma.az
close
up
RU
McDonalds Azərbaycan EcoAmbassadors layihəsini başa vurub Xəbər saytı Son xəbərlər və Hadisələr

McDonalds Azərbaycan EcoAmbassadors layihəsini başa vurub Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"McDonald"s Azərbaycan" və "Care Group" şirkətlərinin birgə həyata keçirdiyi "Eco-Ambassadors" layihəsi uğurla başa çatıb.

Layihə gənclərin ekoloji biliklərinin artırılmasına və onların ətraf mühitlə bağlı müxtəlif fəaliyyətlərdə iştirakına imkan yaratmağa yönəldilmişdir. Layihədə 11 saylı inteqrasiya təlimli internat məktəbinin şagirdləri iştirak edib.

Layihə yeniyetmələrə ətraf mühitlə bağlı yeni biliklər və praktiki bacarıqlar qazandırmaq, həmçinin onların gündəlik həyatını daha rəngarəng və maraqlı etmək məqsədi daşıyırdı. Bu çərçivədə peşəkar təlimçilər tərəfindən xüsusi kurslar təşkil edilmiş, internat məktəbinin şagirdləri və "McDonald"s Azərbaycan" əməkdaşları birlikdə ağac əkmə və yaşıllıq zonalarının yaradılması kimi ekoloji fəaliyyətlərdə iştirak etmişlər. Bu tədbirlər gənclərin təbiətə daha yaxın olmalarına və onun qorunmasının vacibliyini dərk etmələrinə şərait yaratmışdır.

Layihə sonunda iştirakçılara sertifikatlar təqdim edilmişdir ki, bu da onların ekoloji təşəbbüslərə verdiyi töhfəni simvolizə edir. Yeniyetmələr əldə etdikləri biliklər və təcrübə sayəsində ətraf mühitin mühafizəsinə daha məsuliyyətli yanaşma formalaşdırmışlar.

Qeyd edək ki, "McDonald"s Azərbaycan" şirkəti ətraf mühitin mühafizəsinə xüsusi önəm verir. Şirkətin tullantıların azaldılması, plastikdən istifadənin minimuma endirilməsi və qablaşdırma üçün ekoloji cəhətdən təmiz materiallara keçid siyasəti bu məqsədə xidmət edir. Bu səylər dayanıqlı inkişafa və ətraf mühitin gələcək nəsillər üçün qorunmasına töhfə verir.

"Eco-Ambassadors" layihəsi "McDonald"s Azərbaycan" şirkətinin ekoloji strategiyasının bir hissəsi olaraq gəncləri ətraf mühitin qorunması prosesinə cəlb edir və daha məlumatlı və məsuliyyətli nəslin formalaşmasına dəstək verir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://baku.ws
archiveBu xəbər 03 Dekabr 2024 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri