Icma.az
close
up
RU
McDonald’s dan qalmaqallı “halal” açıqlaması: Bəs bu günə qədər bizə nə yediriblər?

McDonald’s dan qalmaqallı “halal” açıqlaması: Bəs bu günə qədər bizə nə yediriblər?

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Dünyaca məşhur restoranlar şəbəkəsi olan “McDonald’s Azərbaycan”ın dünən yaydığı açıqlama narazılıq yaratdı. Şəbəkə rəsmisi açıqlqmasında bildirdi ki, artıq Azərbaycandakı restoranlarında təqdim edilən bütün ət məhsulları 100 faiz halaldır.
Bu cümlə ilk baxışda müsbət qarşılanacaq bir xəbər kimi görünə bilər. Amma diqqət edərkən suallar meydana çıxır. Bəs indiyədək necə olub? Məgər bu günə qədər təqdim edilən ət məhsulları tam halal olmayıb? Bu halda, illərlə bu restoranlara etibar edən inanclı müştərilərə nə yedizdirilib?
Bu açıqlamadan aydın olur ki, bu günə qədər sözügedən şəbəkə restoranlarında yediyimiz ətlər halal olmayıb.
Demokrat.az Tribunainfo.az-a istinadən xəbər verir ki, McDonald’s illərdir “halal” keyfiyyətinə uyğun məhsullar təqdim etdiyini bildirirdi. İndi isə “artıq 100% halal” deməklə, dolayısı ilə etiraf edir ki, əvvəlki dövrlərdə bu məsələdə tam təminat yox idi. Yəni minlərlə insan halal adı ilə bəlkə də qeyri-halal məhsul yeyib.
Bu, sadəcə istehlakçı etimadının sarsılması deyil, dini inanca qarşı açıq hörmətsizlik kimi də qiymətləndirilə bilər. Əgər illərlə təqdim olunan məhsullar halal deyildisə, bu aldadıcı reklam, dini həssaslığa qarşı məsuliyyətsizlik və istehlakçı hüquqlarının pozulmasıdır.
Suallar yaranır. Görəsən Qafqaz Müsəlmanları İdarəsi (QMİ) McDonald’s-a halal sertifikatı vermişdimi? Veribsə, hansı əsasla?, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) illərdir fəaliyyət göstərən bu şəbəkənin halal uyğunluğunu hansı mexanizmlərlə yoxlanılıb?.
Əgər doğrudan da indiyədək təqdim edilən ətlər halal deyildisə, bu restoranlar şəbəkəsi hüquqi məsuliyyət daşımalıdır. Əgər təqdim edilən ətlər halal idisə, onda bu gün verilən “artıq 100% halal” açıqlamasının reklam manipulyasiyası olduğu aydın şəkildə bəyan edilməlidir.
Halal qidalanma sadəcə dini məsələ deyil, insan hüququ məsələsidir. İnsanlar yedikləri qidanın mənşəyini, kəsim şəraitini və saxlanma tərzini bilmək hüququna malikdir. McDonald’s bu açıqlaması ilə ictimai etimadı sarsıdıb və bu, sadəcə sosial şəbəkələrdə bir neçə gündə unudulacaq məsələ olmamalıdır.
İndi cavab vermək növbəsi məsul orqanlarda və həmçinin sözügedən restoranlar şəbəkəsindədir. İllərlə təqdim olunan ətlər tam halal idimi, yoxsa yox?
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 İyun 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri