MCP təyyarə qəzasına görə başsağlığı verdi
Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Milli Cəbhə Partiyası (MCP) “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğraması səbəbindən dünyasını dəyişənlərin yaxınlarına başsağlı verib.
“Cebheinfo.az”-a bu haqda partiyadan bildirilib.
“MCP başqanı Razi Nurullayev və partiya üzvləri Azərbaycan sərnişin təyyarəsinin qəzaya düşməsindən dərindən kədərləndiyini bildirir.
Bu faciə hər birimizi dərindən sarsıtdı.
Allahdan dünyasını dəyişənlərin yaxınlarına səbr, faciəvi şəkildə həlak olanlara rəhmət, qəzadan qurtulanlara şəfa diləyirik”, - deyə başsağlığı mətnində qeyd olunub.
Bildirək ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 25 Dekabr 2024 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















