MDB iclasına Paşinyan da gedəcək
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovla telefon danışığı zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın bu ilin oktyabr ayında Türkmənistanda keçiriləcək MDB Dövlət Başçıları Şurasının iclasında fəal iştirak edəcəyini təsdiqləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkmənistan televiziyasında yayımlanan "Vətən" xəbər proqramı məlumat verib.
Xəbər proqramına görə, liderlər arasında söhbət cümə günü Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub. Söhbət zamanı Berdiməhəmmədov Türkmənistanın MDB-yə sədrliyi çərçivəsində oktyabrın 9-da Avaza Milli Turizm Zonasında MDB dövlət başçılarının zirvə toplantısının keçiriləcəyini qeyd edib və Paşinyanı iştirak etməyə dəvət edib.
Baş nazir Nikol Paşinyan dəvətə görə təşəkkür edərək qeyd edib ki, Türkmənistanın regionda davamlı inkişafın gücləndirilməsinə yönəlmiş xarici siyasəti beynəlxalq ictimaiyyət tərəfindən geniş dəstəklənir və həmçinin, Ermənistanın bu zirvə toplantısında fəal iştirak edəcəyini bildirib", - deyə bəyanatda bildirilir.
Baxış sayı:46
Bu xəbər 04 Sentyabr 2026 22:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















