MDB kəşfiyyat orqanları birlikdə beş terror aktının qarşısını alıblar
Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
MDB kəşfiyyat xidmətlərinin birgə səyləri nəticəsində 2025-ci ildə beş terror aktının qarşısı alınıb.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Özbəkistan DQB sədrinin birinci müavini Botir Tursunov Düşənbədə keçirilən MDB-nin terrorizm və ekstremizmlə mübarizə üzrə üçüncü konfransında bildirib.
O, həmçinin MDB-nin təhlükəsizlik orqanları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin, o cümlədən terror fəaliyyətində iştirak edən şəxslər haqqında məlumat mübadiləsinin vacibliyini vurğulayıb.
"Özbəkistan bundan sonra da öz təcrübəsini fəal şəkildə bölüşməyə, qarşılıqlı əməkdaşlığı genişləndirməyə və əməkdaşlıq çərçivəsində birgə təşəbbüslərdə iştirak etməyə hazırdır. Əminəm ki, MDB çərçivəsində konstruktiv dialoq ümumi məkanımızda kollektiv təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə mühüm töhfə verəcək", - Tursunov bildirib.
Süleyman
Bu mövzuda digər xəbərlər:MDB ölkələrinin təhlükəsizlik və kəşfiyyat orqanları rəhbərləri Moskvada TOPLAŞDI
26 Noyabr 2024 11:19
MDB ölkələrinin təhlükəsizlik və kəşfiyyat orqanları rəhbərlərinin iclası başlayıb
26 Noyabr 2024 10:42
FTX Dağıstanda terror aktının qarşısını aldı
02 May 2025 11:39
FTX Moskvada terror aktının qarşısını ALDI
25 Dekabr 2024 09:55
Fransada 9 terror aktının qarşısını alıb
07 Yanvar 2025 13:26
Baxış sayı:106
Bu xəbər 23 Oktyabr 2025 20:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















