Icma.az
close
up
RU
MDB ölkələri ilə ticarət dövriyyəsi artıb

MDB ölkələri ilə ticarət dövriyyəsi artıb

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Bu ilin yanvar-iyul aylarında Azərbaycan və MDB ölkələri arasında ticarət dövriyyəsinin dəyəri 4 milyard 603,7 milyon ABŞ dolları təşkil edib.

"Cebheinfo.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə 25,9 % çoxdur.

O cümlədən, son 1 ildə Azərbaycanın MDB ölkələrinə ixracının dəyəri 10,6 % artaraq 1 milyard 37,5 milyon ABŞ dolları, idxalının dəyəri isə 31,2 % artaraq 3 milyard 566,2 milyon ABŞ dolları olub.

7 ay ərzində MDB ölkələrinin Azərbaycanın ümumi ixracında payı 6,8 %, idxalında payı isə 26,2 % olub.

Konkret ölkələrə gəlincə isə, yanvar-iyul aylarında Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsinin dəyəri 3 milyard 69,7 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracının dəyəri 721,2 milyon ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 2 milyard 348,5 milyon ABŞ dolları olub. Son 1 ildə ticarət dövriyyəsi 19,3 %, ixrac 9,9 %, idxal isə 22,5 % artıb.

Azərbaycanın Belarusla ticarət dövriyyəsini dəyəri 239,1 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracının dəyəri 45,1 milyon ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 194 milyon ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 3,6 %, idxal 12,9 % azalıb, ixrac isə 77,4 % artıb. 

Azərbaycanın Qazaxıstanla ticarət dövriyyəsinin dəyəri 517,2 milyon 156 min ABŞ dolları, o cümlədən bu ölkəyə  ixracının dəyəri 60 milyon ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 457,2 milyon ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 3,8 dəfə, ixrac 53,3 %, idxal isə 4,7 dəfə artıb.

Azərbaycanın Türkmənistanla ticarət dövriyyəsinin dəyəri 154 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracının dəyəri 37,2 milyon ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 116,8 milyon ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 41 %, ixrac 29,5 %, idxal isə 44 % azalıb.

Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsinin dəyəri 268,9 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracının dəyəri 35,4 milyon ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 233,5 milyon ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 1,2 dəfə, ixrac 1,9 dəfə, idxal isə 2,3 dəfə artıb. 

"Cebheinfo.az" 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Avqust 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see368

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see252

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see251

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see235

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see229

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see224

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see218

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see213

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see210

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see206

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see202

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see201

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see190

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see184

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see183

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see179

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see177

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see177

Yorğunluq və unutqanlığın səbəbi...

28 Avqust 2026 15:56see169

Bu tələbələr təhsil kreditindən yararlana biləcək RƏSMİ

28 Avqust 2026 11:58see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri