Icma.az
close
up
RU
MDB ölkələrinə şok mesaj: Rusiya haradan başlayacaq?

MDB ölkələrinə şok mesaj: Rusiya haradan başlayacaq?

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Rusiya Federal Təhlükəsizlik Xidməti MDB ölkələrinə xəbərdarlıq edib.

Qeyd edək ki, FTX-nin rəhbəri Aleksandr Bortnikov jurnalistlərə açıqlamasında bildirib ki, Qərb kəşfiyyat orqanları İrana qarşı hərbi əməliyyatlarda MDB ölkələri də daxil olmaqla, Suriyadan olan yaraqlılardan istifadə etmək niyyətindədir.

O qeyd edib ki, belə bir hal MDB ölkələrinə qarşı terror təhlükəsinin artmasına səbəb olacaq:

"Qərbin müdaxiləsi ilə yaranan böhranlar çox vaxt konkret dövlətlərin sərhədlərindən kənara çıxır. ABŞ, İsrail və İran arasında silahlı münaqişə bu gün belə bir ssenarinin yaranma riskini yaradır".

Onun sözlərinə görə, Qərb kəşfiyyat orqanları Suriyadan olan terrorçu döyüşçüləri İranla müharibədə vasitəçi qüvvə kimi istifadə etmək cəhdlərini davam etdirirlər.Bortnikov əlavə edib ki, bu yaraqlılar yalnız Yaxın Şərqdə deyil, həm də mənşə ölkələrində istifadə edilə bilər.

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Rusiya kəşfiyyatının bu kimi iddianı ortaya atması müəyyən məqsədə xidmət edir. 

“ABŞ Suriyadakı qeyri-qanuni silahlı birləşmələrdən, yəni terrorçu qruplaşmalardan İrana qarşı istifadə edə bilər. Amma həmin qruplaşmaların İranla savaşda uğur qazanacağı real təsir bağışlarmır, yəni inandıcırı görünmür. Vaşinqtonda bunu çox yaxşı başa düşürlər.

ABŞ-a İranda sürətlə qələbə qazanmaq, yaxud üstünlük əldə etmək lazımdır. Bu baxımdan İrana qarşı terrorçu qruplaşmalardan istifadə nəzəri cəhətdən mümkün görünsə də, Vaşinqtonunun bu taktikadan istifadə edəcəyi qeyri-müəyyən xarakter daşıyır.

Böyük ehtimalla, Rusiya kəşfiyyatının rəhbəri həmişə olduğu kimi Kremlin qəribə iddialarından birini ortalığa atıb. Təbii ki, Moskvanın bu iddiasında əsas məqsəd İranla bağla məsələdə ABŞ-nin beynəlxalq hüquqa zidd olan addımlarını qabartmaq deyil, məhz MDB dövlətlərini qorxutmaqdır.

Bortnikov MDB dövlətlərinə mesaj verir ki, ABŞ Suriyadakı terrorçu qruplaşmalardan MDB məkanında istifadə etmək niyyətindədir. Bu qruplaşmalarda MDB məkanından olan terrorçular da var və həmin terrorçular aid olduğu ölkələrə də təhlükə yarada bilər.

Bu ölkərin siyahısında Mərkəzi Asiya ölkələrini göstərmək olar. Ancaq yenə də burada əsas hədəf MDB ölkələrində ABŞ-a qarşı narazılıq, yaxud etiraz dalğası yaratmaqdır, eyni zamanda MDB ölkələrinin siyasi elitalarının ABŞ-la məsafə saxlamasına nail olmaqdır.

Moskva özünü MDM məkanın himayədarı və bu məkanı müdafiə edən bir ölkə kimi təqdim etməyə çalışır.” 

Yunis Abdullayev 
“Cebheinfo.az”

Açar sözlər: MDB ölkələri Elçin Xalidbəyli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 May 2026 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri