Icma.az
close
up
RU
MDB ölkələrinin mədəniyyətə marağı Azərbaycan qonşularındən geridə qalır

MDB ölkələrinin mədəniyyətə marağı Azərbaycan qonşularındən geridə qalır

Modern.az saytına istinadən Icma.az xəbər verir.

MDB-yə üzv ölkələrdə pandemiyadan sonra yenidən muzey və teatrlara marağın artması müşahidə olunur. 2021-ci ildən etibarən bərpa olunan ictimai-mədəni həyat, bir çox ölkələrdə ziyarətçi statistikasına da əhəmiyyətli şəkildə təsir edib.


Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, Azərbaycanda 2020-ci ildə muzeylərə gələnlərin sayı cəmi 0,7 milyon nəfər idisə, bu rəqəm 2023-cü ildə 2,5 milyon nəfərə yüksəlib. Eyni dövrdə peşəkar teatrlara gələnlərin sayı isə 0,1 milyondan 0,4 milyona qədər artıb. Ölkəmizdə muzeylərin və teatrların ümumi sayı isə dəyişməyib.


Ən diqqətçəkən göstəricilər Rusiyada qeydə alınıb. Ölkədə muzey ziyarətçilərinin sayı 2020-ci ildə 59,1 milyon nəfər olduğu halda, bu göstərici 2023-cü ildə 132 milyona çatıb. Teatrlara maraq da eyni tempdə artaraq 4 il ərzində 14 milyon nəfərdən 42 milyona yüksəlib. Rusiya həm muzeylərin (3119), həm də teatrların (706) sayına görə MDB-də lider mövqedədir.


Qonşu Qazaxıstan da ciddi artım yaşayan ölkələrdən biridir. Qazaxıstanda 2020-ci ildə muzeylərə 2,4 milyon nəfər gəlmişdisə, bu rəqəm 2023-cü ildə 6,3 milyona yüksəlib. Teatrlara maraq isə daha dinamik artaraq 0,9 milyondan 3 milyona çatıb. Belarus və Ermənistan kimi ölkələrdə də oxşar artım müşahidə olunur.
2020-ci ildə Ermənistanda muzeylərə və teatrlara gələnlərin sayı aşağı səviyyədə – müvafiq olaraq 0,7 milyon və 0,2 milyon idi. 2023-cü ildə muzey ziyarətçiləri kəskin şəkildə artaraq 3,4 milyon nəfərə çatıb. Bu isə 4 ildə muzey ziyarətçilərinin 5 dəfə artması deməkdir.


Teatrlara gələnlərin sayı isə 2020–2023 aralığında 0,2 milyondan 0,6 milyona yüksəlib. Ermənistanda pandemiyadan sonra teatra maraq 3 dəfəlik artımla müşahid edilib.


Bəzi ölkələrdə isə bu artım nisbətən zəif olub. Moldova, Qırğızıstan və Tacikistan kimi ölkələrdə həm muzey, həm də teatr ziyarətçilərinin sayı aşağı templə dəyişib, bu da infrastruktur və mədəni təşviqat sahəsindəki imkanların məhdudluğu ilə izah oluna bilər.


Maraqlıdır ki, bəzi ölkələrdə ziyarətçilərin sayı artdığı halda, mədəniyyət obyektlərinin sayı ya sabit qalıb, ya da azalıb. Məsələn, Belarusda muzeylərin sayı 2020-ci ildən 2023-cü ilə qədər 160-dan 156-ya enib, lakin ziyarətçi sayı 3,2 milyondan 7,6 milyona yüksəlib.

2023-cü ilin məlumatlarına görə ən çox muzeyə gedən MDB ölkəsi Rusiya olub. Belə ki, il ərzində bu ölkədə muzeylərə 132 milyon nəfər gedib. Ən az muzeyə gedən ölkə isə Qırğızıstandır. Bu ölkədə muzey ziyarətçiləri cəmi 1 milyon nəfər olub.


Rusiya ilə müqayisədə əhalisinin sayına görə nisbətən kiçik olan Belarus da 7,6 milyon muzey ziyarətçisi ilə yüksək pillədə yer alır. İl ərzində muzey ziyarətçiləri arasında Ermənistan Azərbaycandan daha üstün yerdə qərarlaşıb. Ölkəmizdə muzeylərə gedənlərin ümumi sayı 2, 5 milyon təşkil edirdisə, eyni statistika Ermənistanda 3,4 milyondur. 


2023-cü ildə MDB ölkələri arasında peşəkar teatr ziyarətçiləri baxımından da Rusiya və Qazaxıtsan liderliyini qoruyub. Ən az ziyarətçi isə Qırğızıstanda müşahidə olunur. Statistik göstəricilərə əsasən ölkələr arasında teatr ziyarətçilərinin sayı aşağıdakı kimidir:


Rusiya – 42 milyon 
Qazaxıstan – 3 milyon
Belarus – 1,7 milyon
Azərbaycan – 0,4 milyon
Ermənistan – 0,6 milyon
Moldova və Tacikistan – 0,1–0,4 milyon aralığında
Qırğızıstan – 0,3 milyon
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Aprel 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see241

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see184

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see167

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see155

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see152

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see149

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see142

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see140

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri