MDB oyunları: Ermənistanın gəlib gəlməyəcəyi bilinmir
sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ermənistan Azərbaycanda keçiriləcək III MDB Oyunlarında iştirakı ilə bağlı hələlik məlumat verməyib. Sport24.az xəbər verir ki, bunu yarışa həsr olunmuş ilk mətbuat konfransında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təhlükəsizlik və əməliyyatlar üzrə rəhbəri Aygül Ağayeva deyib.
O, bildirib ki, beynəlxalq tədbirin qaydalarına uyğun olaraq qarşı tərəfə dəvət göndərilir: "Biz ölkələrə dəvətnamə göndəririk. Ancaq Ermənistanın iştirakı hələ ki, təsdiqlənməyib. Növbəti mərhələlərdə yenilik olarsa, bu barədə məlumat veriləcək".
Qeyd edək ki, Oyunların açılış və bağlanış mərasimi Gəncə şəhər stadionunda baş tutacaq. Ümumilikdə 23 idman növü üzrə 12 idman obyektində yarışlar keçiriləcək. Oyunlarda 5550-ə yaxın iştirakçı gözlənilir. Tədbirdə MDB ölkələri ilə yanaşı, digər ölkələrin də dəvət olunması nəzərdə tutulub. Medianın akkreditasiyana isə mayda başlanılacaq.
Baxış sayı:141
Bu xəbər 23 Aprel 2025 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















