MDB Oyunlarında Türkiyə və Küveyt idmançıları da iştirak edəcək
Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu ilin 28 sentyabr-8 oktyabr tarixlərində Azərbaycanda keçiriləcək III MDB Oyunlarında iştirak edəcək ölkələrin siyahısı açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, yarışlara ev sahibi Azərbaycan ilə birlikdə ümumilikdə 10 ölkə qatılacaq.
Yarışlar Azərbaycanın 7 şəhərində, 12 idman məkanında, 23 idman növü üzrə keçiriləcək.
Açılış mərasimi Gəncə şəhərində baş tutacaq III MDB Oyunlarında 2 330 nəfərlik nümayəndə heyəti iştirak edəcək ki, onların 1 605-i idmançıdır.
Ölkələr üzrə idmançıların sayı belədir:
Azərbaycan – 340 idmançı;
Rusiya – 262 idmançı;
Özbəkistan – 254 idmançı;
Belarus – 240 idmançı;
Qazaxıstan – 147 idmançı;
Tacikistan – 144 idmançı;
Türkmənistan – 48 idmançı;
Türkiyə – 38 idmançı;
Qırğızıstan – 126 idmançı;
Küveyt – 6 idmançı.
Murad Məmmədov

Türkiyə və Küveyt idmançıları da MDB Oyunlarına gələcək
26 Avqust 2025 17:04
MDB Oyunlarında iştirak edəcək ölkələrin sayı artdı
16 Sentyabr 2025 11:35
“Nebesnaya Gratsiya” komandası III MDB Oyunlarında iştirak edəcək
05 Oktyabr 2025 17:57
III MDB Oyunlarında iştirak edəcək daha iki ölkənin idmançıları Bakıya gəlib YENİLƏNİB+FOTO
25 Sentyabr 2025 08:49
Ermənistan Azərbaycandakı MDB oyunlarında iştirak edəcəkmi?
23 Aprel 2025 12:27

