Icma.az
close
up
RU
MDU tələbə qəbulunda tarixi rekorda imza atdı

MDU tələbə qəbulunda tarixi rekorda imza atdı

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.


2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirilən tələbə qəbulunun ilkin nəticələrinə əsasən, Mingəçevir Dövlət Universiteti (MDU) fəaliyyət tarixində ən yüksək göstəriciyə nail olub. Universitet üzrə ayrılmış qəbul planının 98,10 faizi yerinə yetirilib və 1717 abituriyent MDU tələbəsi adını qazanaraq universitet tarixinə rekord nəticə kimi yazılıb.
Qəbul prosesinin statistik təhlili göstərir ki, MDU-da tədris olunan bütün istiqamətlər üzrə abituriyentlərin marağı əhəmiyyətli dərəcədə artıb. İxtisas qrupları üzrə qeydə alınan qəbul göstəriciləri aşağıdakı kimidir:
– I ixtisas qrupu: 99,20%
– II ixtisas qrupu: 96,60%
– III ixtisas qrupu: 100%
– IV ixtisas qrupu: 100%
Mühəndislik ixtisaslarında, xüsusilə də energetika istiqamətində regionun kadr potensialının inkişaf etdirilməsini daim diqqət mərkəzində saxlayan Mingəçevir Dövlət Universitetində bu sahədə atılan strateji addımlar yüksək nəticəsini verib. Belə ki, Azərbaycan Texniki Universiteti (AzTU) ilə birgə həyata keçirilən kadr hazırlığı proqramı çərçivəsində tələbə qəbulu aparılan “Energetika mühəndisliyi” və “Elektrik və elektronika mühəndisliyi” ixtisasları üzrə plan yerləri 100 faiz tələbə qəbulu ilə tamamlanıb. Eyni zamanda, cari tədris ilində ilk dəfə qəbul aparılan “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası da abituriyentlərin böyük marağına səbəb olaraq 100 faizlik qəbul göstəricisinə çatıb.
Universitetin beynəlxalq əməkdaşlıq və ikili təcrübə modelinə əsaslanan təşəbbüsləri də böyük uğurla nəticələnib. Qardaş Türkiyənin nüfuzlu ali təhsil ocağı olan Dokuz Eylül Universitetinin dəstəyi ilə yaradılan və ilk dəfə qəbul həyata keçirilən “Beynəlxalq ticarət və logistika” ixtisası üzrə bütün plan yerləri 100 faiz tələbə qəbulu ilə yekunlaşıb.
Tədrisin beynəlmiləlləşməsi istiqamətində atılan mühüm addımlardan biri kimi, bu tədris ilindən etibarən MDU-da ilk dəfə ingilis dilində tədrisi nəzərdə tutulan “Kompüter elmləri” və “Turizm işinin təşkili” ixtisasları da 100 faizlik tam qəbul nəticəsi göstərib. Xüsusilə qeyd etmək lazımdır ki, ingilisdilli “Turizm işinin təşkili” ixtisası üzrə kadr hazırlığı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il 20 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrə tam uyğun olaraq, həm ölkəmizin, həm də strateji turizm potensialına malik regionumuzun qlobal standartlara cavab verən, xarici dil bilikli peşəkar mütəxəssislərlə təmin edilməsinə mühüm töhfə verəcək.
Cari ildə müşahidə olunan digər mühüm keyfiyyət göstəricisi universitetə qəbul olanlar arasında yüksək bal toplayan tələbələrin sayının nəzərəçarpacaq dərəcədə yüksəlməsidir. Belə ki, bakalavriat təhsil səviyyəsində qəbul olunan tələbələrdən 23 nəfəri 500–650 bal, 182 nəfəri isə 401–510 bal toplayaraq Mingəçevir Dövlət Universitetini seçib.
Qeyd edək ki, Mingəçevir Dövlət Universiteti tələbəyönümlü ekosistemin formalaşdırılması, gənclərin fərdi və peşəkar inkişafı istiqamətində yeni imkanlar yaratmağa davam edir. Bu çərçivədə yeni tədris ilindən etibarən tələbələr üçün xüsusi daxili təqaüd proqramlarının təsis olunması, eləcə də xarici tərəfdaş universitetlərlə beynəlxalq akademik mübadilə (“Orhun” Mübadilə proqramı, ikili diplom və s.) proqramlarının əhatə dairəsinin əhəmiyyətli dərəcədə genişləndirilməsi nəzərdə tutulur. Bu təşəbbüslər tələbələrin beynəlxalq təhsil imkanlarına çıxışını asanlaşdırmaqla yanaşı, onların qlobal əmək bazarında rəqabətqabiliyyətli kadr kimi formalaşmasına zəmin yaradacaq.
Əldə olunan bu tarixi nəticə MDU-da son illər həyata keçirilən məqsədyönlü strateji hədəflərin, tədrisin keyfiyyətinin davamlı yüksəldilməsinin, innovativ təhsil və tədqiqat mühitinin yaradılmasının, eləcə də universitetin regional aparıcı elm və təhsil mərkəzi kimi artan nüfuzunun əyani təzahürüdür.
Mingəçevir Dövlət Universitetinin rəhbərliyi və professor-müəllim heyəti tələbə adını qazanaraq böyük MDU ailəsinə qoşulan bütün gəncləri və onların valideynlərini səmimi qəlbdən təbrik edir, yeni tədris ilində onlara parlaq nailiyyətlər və böyük uğurlar arzulayır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 26 Avqust 2026 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see437

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see251

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see242

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see234

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see225

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see222

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see221

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see218

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see214

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see210

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see202

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see200

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see199

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see197

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see195

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see191

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see188

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see185

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri