Icma.az
close
up
RU
MDU Türkiyə şirkəti ilə birlikdə turizm laboratoriyasının açılışını edib

MDU Türkiyə şirkəti ilə birlikdə turizm laboratoriyasının açılışını edib

Icma.az, Yeniavaz saytına istinadən bildirir.


31 oktyabr 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Turizm ixtisasında təhsil alan tələbələr üçün yeni yaradılmış “Tourism Skills Lab” laboratoriyasının açılışı keçirilib.
Yeniavaz.com
xəbər verir ki, yeni laboratoriya Tayla şirkətinin “ElektraWeb”, həmçinin “Opera”, “HBO” və digər sahəvi proqramların öyrənilməsi məqsədilə yaradılıb. Qeyd edilib ki, bu laboratoriyanın yaradılması Türkiyə universitetlərinə keçirilən səfər zamanı aparılan müzakirələrə əsasən qərara alınıb. Ayrıca, magistratura səviyyəsində təhsil alan tələbələr üçün “Hotel Back Office” adlı proqram, otel inzibatçılığı üzrə ümumi mühasibatlıq, analitik hesabat və PMS inteqrasiyasını təmin edən sistemləri öyrənmək imkanı yaradacaq.
Laboratoriyanın əsas məqsədi turizm sahəsində təhsil alan tələbələrin praktik bilik və bacarıqlarını artırmaq, onları gələcək peşə fəaliyyətinə daha hazırlıqlı şəkildə yönləndirməkdir. Laboratoriyada artıq atelye sisteminə uyğun olaraq qonaqların qəbulu və məlumatların idarə olunması istiqamətində proqram təminatı quraşdırılıb. Bu proqram vasitəsilə tələbələr qonaqların hoteldə qeydiyyatından başlayaraq göstərilən xidmətlərin avtomatlaşdırılmış şəkildə idarə olunmasına qədər olan bütün mərhələləri praktiki olaraq öyrənəcəklər.
Laboratoriya vasitəsilə Türkiyəli mütəxəssislər tərəfindən müəllimlərə 17 noyabr tarixindən etibarən hibrid formada təlimlər keçiriləcək.
Açılış mərasimində universitetin rektoru Anar Eminov, “Gabala Hospitality Group” şirkətinin İnsan resursları üzrə qrup direktoru Babək Müzəffərov, eləcə də universitetin professor-müəllim heyəti iştirak ediblər.
Qeyd edək ki, Tayla şirkəti ilə Türkiyədə imzalanan memorandum əsasında turizm ixtisası üzrə ali təhsil alan tələbələr bu proqram vasitəsilə otellərin bronlaşdırılması, göstərilən xidmətlər və rezervasiya proseslərini birbaşa şəkildə öyrənə biləcəklər.
Yeni yaradılan laboratoriyanın fəaliyyəti turizm ixtisası üzrə təhsil alan tələbələrin gələcəkdə əmək bazarında rəqabətqabiliyyətli və yüksək ixtisaslı kadr kimi formalaşmasına mühüm töhfə verəcək.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 31 Oktyabr 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri