Icma.az
close
up
RU
MDU və “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalandı

MDU və “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalandı

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


28 sentyabr 2026-cı il tarixində Mingəçevir Dövlət Universiteti (MDU) ilə Mingəçevir Tekstil Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) arasında əməkdaşlıq memorandumu imzalanmışdır. Görüş zamanı universitet ilə onun nəzdində fəaliyyət göstərən Dayanıqlı Enerji və Mühəndislik Sistemləri Tədqiqat İnstitutu arasında mövcud və perspektiv əməkdaşlıq istiqamətləri, birgə elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi, eləcə də qarşıdakı dövr üçün yeni əməkdaşlıq imkanları ətraflı müzakirə edilmişdir.
Müzakirələr çərçivəsində “Mingəçevir Tekstil” MMC sənayesinin ehtiyaclarını və fəaliyyət istiqamətlərini əks etdirən tətbiqyönümlü elmi-tədqiqatların aparılması, universitet–sənaye əməkdaşlığının genişləndirilməsi və elmi nəticələrin real istehsalat mühitinə inteqrasiyası məsələlərinə xüsusi diqqət yetirilmişdir. Əməkdaşlığın əsas istiqamətlərindən biri kimi MDU-da “Mingəçevir Tekstil” MMC -nin fəaliyyət sahələrini əks etdirən müasir laboratoriyanın yaradılması məsələsi nəzərdən keçirilmişdir. Laboratoriyanın tələbələrin praktiki hazırlığının gücləndirilməsi, tətbiqi tədqiqatların aparılması, yeni texnologiyaların öyrənilməsi və universitet-sənaye əməkdaşlığının institusional əsaslarının möhkəmləndirilməsinə xidmət etməsi nəzərdə tutulur.
Bununla yanaşı, birgə elmi-tədqiqat layihələrinin hazırlanması və həyata keçirilməsi, magistrantların dissertasiya mövzularının “Mingəçevir Tekstil” MMC sənayesinin aktual problemləri və texnoloji ehtiyacları əsasında müəyyənləşdirilməsi, tələbələrin şirkətin istehsalat və texnoloji mühitində təcrübə və praktiki hazırlıq keçmələrinin təşkili imkanları müzakirə edilmişdir. Tərəflər əməkdaşlığın yalnız təhsil və təcrübə mübadiləsi ilə məhdudlaşmaması, eyni zamanda tətbiqi elmi-tədqiqat, innovasiya, texnologiya transferi və sənaye problemlərinin elmi əsaslarla həllinə yönəldilməsi barədə razılığa gəlmişlər.
Bu əməkdaşlığın MDU-da sənaye yönümlü tədqiqatların inkişafına, tələbələrin əmək bazarının tələblərinə uyğun praktiki və peşəkar kompetensiyalarının formalaşdırılmasına, eləcə də universitet–sənaye–tədqiqat institutu əməkdaşlığının daha da gücləndirilməsinə töhfə verəcəyi gözlənilir.
5 il müddətinə qüvvədə olacaq Memorandum MDU ilə sənaye sektoru arasında uzunmüddətli əməkdaşlığın inkişafına və tələbələrin müasir əmək bazarının tələblərinə uyğun praktiki hazırlığının gücləndirilməsinə xidmət edəcək.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 28 Sentyabr 2026 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri