MDU WURI 2026 beynəlxalq reytinqində TOP 100 də yer aldı
Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Mingəçevir Dövlət Universiteti ali təhsil sahəsində innovasiya, tələbəyönümlü yanaşma və sahibkarlıq ekosisteminin inkişafı istiqamətində həyata keçirdiyi fəaliyyətlərlə beynəlxalq səviyyədə mühüm uğura imza atıb.
Nüfuzlu “World University Rankings for Innovation” (WURI) 2026 beynəlxalq innovasiya reytinqinin nəticələrinə əsasən MDU iki mühüm kateqoriya üzrə dünyanın “Top 100” universitetləri sırasında yer alıb. Bununla yanaşı, Mingəçevir Dövlət Universiteti bu reytinqdə nəticə əldə edən Azərbaycandan yeganə ali təhsil müəssisəsi olub.
Belə ki, universitet:
• WURI 2026 – Sahibkarlıq Mədəniyyəti və Ekosistemi (A4) kateqoriyası üzrə isə 73-cü yerə layiq görülüb.
• WURI 2026 – Tələbə Dəstəyi və Tələbə İştirakı (A1) kateqoriyası üzrə dünyanın ən yaxşı universitetləri arasında 87-ci yerə;
Əldə olunan nəticələr universitetdə tələbə dəstəyi və iştirakçılıq mexanizmlərinin gücləndirilməsi, innovasiya və startap ekosisteminin inkişafı, sahibkarlıq mədəniyyətinin təşviqi, tələbəyönümlü idarəetmə modelinin tətbiqi və sosial təsir yaradan təşəbbüslərin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərir.
Son illərdə MDU-da həyata keçirilən yaşıl kampus təşəbbüsləri, dayanıqlı inkişaf layihələri, tələbə innovasiya proqramları, sosial məsuliyyət fəaliyyətləri və beynəlxalq əməkdaşlıqlar universitetin qlobal innovasiya məkanındakı mövqeyini daha da gücləndirib.
Qeyd edək ki, WURI reytinqi universitetləri yalnız ənənəvi akademik göstəricilər üzrə deyil, həmçinin innovativ idarəetmə, sosial təsir, sənaye əməkdaşlığı, sahibkarlıq ekosistemi və dayanıqlı inkişaf istiqamətləri üzrə qiymətləndirən nüfuzlu beynəlxalq reytinq platformalarından biridir.
Bu mövzuda digər xəbərlər:Mingəçevir Dövlət Universiteti WURI 2026 beynəlxalq innovasiya reytinqində dünyanın “TOP 100” universitetləri sırasında yer aldı
09 May 2026 21:04
Azərbaycan universitet reytinqlərində top 100 də yer aldı
25 Mart 2026 14:20
7 şahmatçımız “Top 100”də
01 May 2025 12:58
6 badmintonçumuz “Top 100”də
05 Sentyabr 2025 10:03
Azərbaycanın 3 universiteti Fənlərarası Elm reytinqində TOP 500də yer aldı
21 Noyabr 2024 14:32
Baxış sayı:194
Bu xəbər 08 May 2026 18:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















