Icma.az
close
up
RU
Mebel bazarında vəziyyət necədir? İnsanlar yerli istehsala üz tuturlar

Mebel bazarında vəziyyət necədir? İnsanlar yerli istehsala üz tuturlar

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 150 milyon 114 min ABŞ dolları dəyərində mebel və onun hissələri idxal edilib. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 24.2 faiz və ya 29 milyon 267 min ABŞ dolları çoxdur. Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü ilin ilk 11 ayında ölkədə 335.4 milyon manat dəyərində mebel istehsal edilib. Bu göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 40.5 faiz çoxdur. Beləliklə, hesabat dövründə mebel istehsalı idxalı 31.4 faiz üstələyib. Bəs mebel bazarında vəziyyət necədir?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

İnsanlar yerli istehsala üz tuturlar

Mebel şirkəti rəhbəri Ülkər Ağalarova da bu sahədə yerli istehsalın idxalı sıxışdırdığını təsdiqləyir: "Bəli, bu göstəricilər doğrudur. Həqiqətən də hazırda bazarda daha çox yerli istehsala üstünlük verilir. İdxalı sıxışdıran əsas məqam insanların zövqlərinin dəyişməsidir. Artıq insanlar evlərində qabarıq mebelləri istəmirlər. İdxal olunan mebellər hamısı bir əldən çıxmış dəstlər idi. Hazırda evlərin layihələri fərqli ölçülərdədir. Ölçülər uyğun gəlmədiyi üçün insanlar da yerli istehsala və sifarişlə hazırlanan məhsullara üz tuturlar. Bu halda idxala olan tələbat tədricən azalır. Hətta bəzi xarici mebelləri satan mağazalar da artıq özləri istehsal edirlər".

"Hər bir avadanlıq üzrə ixtisaslaşmış ölkələr var"

Ü.Ağalarovanın sözlərinə görə, xammal digər ölkələrdən gətirilir, mebel isə ölkəmizdə yığılır: "Rəng və digər kiçik avadanlıqların hər biri xaricdən idxal edilir. Yerli məhsul istehsalımız demək olar ki, yoxdur. Yerli "petlə", "MDF" istehsalı yoxdur. Bəziləri olsa da, keyfiyyətləri aşağı olduğu üçün onlara üstünlük verilmir. Yalnız yerli taxta, quru emal olunmuş ağac mövcuddur. Qalan aksesuarlar, mexanizmlər Türkiyə, Rusiya, Belarus, Çindən idxal edilir. Dünyanın heç bir ölkəsində mebel sıfırdan istehsal edilmir. Hər bir avadanlıq üzrə ixtisaslaşmış ölkələr var ki, digər ölkələr hamısı oradan məhsul gətirir. Əksəriyyət də Çindən alır".

"Xarici məhsuldan heç də geri qalmır"

Sahibkar deyir ki, hazırda bazarda istənilən qiymətə həm yerli, həm də xarici mebel tapmaq mümkündür: "Mağazalarda gördüyümüz məhsulların 70 faizi yerli istehsaldır. Yerli məhsulların qiyməti heç də xarici məhsullardan geri qalmır. Bəzən yerli istehsal mebeli yığılır və 15 min dollara başa gəlir. Özəl hazırlandığı üçün daha çox zəhmət, vaxt tələb edir. Bizim məhsullarımızın keyfiyyəti heç də xarici məhsuldan geri qalmır. Hətta ağacımız daha keyfiyyətlidir deyə bilərik".

Ustalar öz üzərlərində işləmirlər

Müsahibimiz istehsalı inkişaf etdirmək üçün atılmalı olan addımlardan da danışdı: "İstehsalın inkişafı üçün aparatlar keyfiyyətli olmalıdır. Onların da qiyməti bahadır. Bəzi sahibkarlar bu aparatlara pul vermək istəmirlər. İstehsalda çatışmayan ustalardır. Onlar da daha çox qazanmağa yönəlir. Gələcəklə bağlı düşünmürlər. Ustalar da biliklərini artırmalıdırlar. Yeni texnikaları öyrənsələr, davamlı inkişafa yönəlsələr çatışmazlıqlar aradan qalxar. Yaxşı ustalar yetişdirmək üçün də dəstək lazımdır".

Hansı ölkələrə mebel satırıq?

Ü.Ağalarovanın sözlərinə görə, istehsaldakı problemlər aradan qalxdıqdan sonra xarici ölkələrdə tanınmağımız da mümkündür: "Yaxın və Orta Şərq bazarına rahatlıqla çıxa bilərik. Məsələn, digər ölkələrin mebel şirkətləri sadə bir qonaq dəstini ərəb turistlərə 50-60 min dollara satırlar. Xaricə çıxan mebellərimiz var. Bizim bağ mebelləri Rusiyaya ixrac edilir. İxracı daha da genişləndirə bilərik. Bunun üçün də dövlət dəstəyi önəmlidir. Məsələn, Özbəkistan bazarı çox aktualdır. Çünki orada evlə bağlı hər şey bahadır".

"Yerli məhsul daha ucuz başa gəlir"

Biznes və marketinq mütəxəssisi Hikmət Əliyevin fikrincə, yerli istehsal dedikdə sifarişlə hazırlanan məhsullar nəzərdə tutulur: "İnsanlar əvvəl daha göstərişli mebel istəyirdilərsə, indi minimalist stilə keçid ediblər. Əvvəl sadəcə mətbəx mebeli yığdırılırdı, qalanları alınırdı. Hazırda hətta yataq otağında olan əşyaları belə zövqlərinə uyğun yığdırmağa üstünük verirlər".

H.Əliyev deyir ki, qiymətlər bazardakı tələb və təklif əsasında formalaşır: "Burada markanın mövqelənməsi çox önəmlidir. Çünki elə salon var ki, 10 min manatlıq məhsulu 100 min manata da sata bilir. Amma hər bir halda yerli məhsul daha ucuz başa gəlir. Çünki işçi qüvvəsi ucuzdur, vergilər münasibdir. Avropada məhsulun ərsəyə gəlməsi daha bahadır".

"İtalyan mebellərini ölkəmizdə istehsal etmək çətindir"

Ekspertin sözlərinə görə, mebellərin keyfiyyəti daha çox ustalıqdan asılıdır: "Əvvəl bizdə usta sayı çox az idi. Amma hazırda bu sahədə xeyli ixtisaslı mütəxəssis var. Onlar xarici mebellərdən daha keyfiyyətli məhsullar da hazırlaya bilirlər. Bəzi istisnalar da var. Məsələn, italyan mebellərini ölkəmizdə istehsal etmək çətindir. Çünki onların boyanması belə fərqlidir. Həm də keyfiyyətli məhsul üçün yüksək məbləğ də tələb olunur. Azərbaycanda bir sex Türkiyəyə il ərzində 300 min dollarlıq mebel satır. Lənkəranda bir sex Almaniyaya mebel ixrac edir. Əvvəl Türkiyə Rusiyadan ağac məhsulları idxal edirdi, mebel halına salıb, bizə satırdılar. Amma hazırda özümüzün Rusiyadan ağac məhsulu alıb mebel halına salmağımız daha sərfəlidir".

H.Əliyev bu sahədəki problemlərdən də bəhs etdi: "Yerli bazarda kifayət qədər mebel şirkəti və istehsal mövcuddur. Amma bu sahədə fokuslanmalı olduğumuz məsələ ixracdır. Çatışmayan odur ki, mebel sexləri işçi tapa bilmirlər. Xammalın əlçatanlığı məsələsi də problemdir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 Fevral 2025 21:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see184

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see159

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see157

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see153

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see142

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see140

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see136

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see136

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see135

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see134

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see133

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see129

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see128

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see127

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see127

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see126

Zelenskini bu şəxs əvəz edə bilər AD AÇIQLANDI

30 Noyabr 2025 20:06see125

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see124

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri