Icma.az
close
up
RU
Məcburi köçkün müəllimlərin işlə təminatı necə olacaq? Nazir AÇIQLADI

Məcburi köçkün müəllimlərin işlə təminatı necə olacaq? Nazir AÇIQLADI

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Milli Məclisdə məcburi köçkün rayonlarının məktəblərinin fəaliyyətinin dayandırılması və həmin məktəblərdə çalışan müəllimlərin iş məsələsi qaldırılıb.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2026-cı il dövlət büdcəsinin müzakirəsi zamanı deputat Ceyhun Məmmədov bildirib ki, məcburi köçkün rayonlarının məktəblərinin fəaliyyətinin dayandırılması və ya onların yerli rayonlara verilməsi məsələsinin məskunlaşmaya uyğun olaraq aparılması vacibdir.

Deputat məskunlaşdırma tam başa çatmayana kimi prosesə başlanılmamasını məqsədəuyğun sayıb.

Elm və təhsil naziri Emin Əmrullayev deyib ki, bu, çox mürəkkəb prosesdir: “Bunu tam səmimi deyirəm. Çünki bunun görünən tərəfi çox asandır. Yəni, Böyük Qayıdış prosesində hər bir kənddə açılan məktəb bizim üçün böyük bayramdır. Amma texniki tərəfdən problem nədir? Görünən odur ki, qısa müddətdə, ola bilər 5 ilə, 7 ilə Böyük Qayıdış prosesi tamamlana bilər. Bu, daimi proses deyil. Problem isə ondadır ki, məsələn, Bakıda Ağdam bir nömrəli məktəbi varsa, təbii ki, o məktəb bağlanmalıdır. Bizim yanaşmamız budur ki, bunu tədricən etsək, yəni hər il bir az azaltsaq, daha asan olar. Anlayırıq ki, bu qərarlar insanların həyatına təsir edir. Amma səmimi olaraq deyirəm, imkanlar çərçivəsində nə qədər mümkündürsə, onu edirik. Təbii ki, məktəblər bağlanmır, sadəcə, başqa yerdə açılır. Ola bilər ki, kimsə geri dönmək istəmir və ya məcburi köçkün müəllim həmin məktəbdə işləmək istəyir. Belə hallarda müəyyən problemlər yaranır, amma ümumi nəticə etibarilə iş yerləri azalmaq əvəzinə artır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Noyabr 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri