Icma.az
close
up
RU
Menu

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Bakıda 28 istiqamətdə sıxlıq var

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Məcburi köçkünlərin taleyini dəyişən siyasət: Qarabağda yeni həyat başlayır

Məcburi köçkünlərin taleyini dəyişən siyasət: Qarabağda yeni həyat başlayır

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Məcburi köçkün ailələri uzun illər dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunub.

Dövlət tərəfindən məcburi köçkün ailələrinə göstərilən sosial dəstək siyasəti davam etdirilir və ünvanlı sosial yardım, məşğulluq proqramları, təhsil və digər sosial müdafiə mexanizmləri bu kateqoriyadan olan insanlara dəstək verir.

Böyük Qayıdış prosesi çərçivəsində vətəndaşların rifahı və sosial təminatı prioritet istiqamət olaraq qalır.

Milli Məclisin deputatı Kamilə Əliyeva Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində ermənilər torpaqlarımızı işğal etdilər, yüz minlərlə soydaşımız Qarabağ və Şərqi Zəngəzurdan öz yurd-yuvalarından didərgin düşdü. Həmin dövrdə hakimiyyətdə olanlar məcburi köçkünlərimizin taleyini öz ümidinə buraxdılar.

“Xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra torpaqlarımızın işğalına son qoyuldu. Məcburi köçkün düşmüş soydaşlarımıza dövlət qayğısı göstərilməyə başlandı, onlara maddi və mənəvi dəstək verildi. Məcburi köçkünlərimizin maddi-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı, bu məqsədlə maliyyə vəsaitləri ayrıldı”, – deyə deputat vurğulayıb.

Deputat qeyd edib ki, ümummilli lider Heydər Əliyev irsini daha yüksək zirvələrə qaldıran Prezident cənab İlham Əliyev də hər zaman məcburi köçkünlərimizi diqqət və qayğı mərkəzində saxlayır.

“Məcburi köçkünlər üçün yeni yaşayış binaları tikilir, onların maddi və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görülür. Dövlət başçısı mütəmadi olaraq məcburi köçkünlərlə görüşür, onların müraciətlərini diqqətlə dinləyir və qaldırılan məsələlərin həlli üçün tapşırıqlar verir.

Ölkə başçısı hər görüşündə soydaşlarımızı ruhdan düşməməyə çağırır, torpaqlarımızın işğaldan azad ediləcəyini əminliklə bildirirdi”, – deyə deputat əlavə edib.

Deputat qeyd edib ki, müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu, suverenliyimiz tam təmin edildi.

“Artıq işğaldan azad edilmiş torpaqlarımıza Böyük Qayıdış prosesi sürətlə davam edir, minlərlə soydaşımız doğma yurdlarına qayıdır. Qayıdan sakinlər ən müasir standartlara cavab verən geniş ev və mənzillərlə təmin olunurlar. Sözsüz ki, onların məşğulluq məsələləri də dövlətimiz tərəfindən həll edilir.

Qarabağ və Şərqi Zəngəzurda yeni istehsal və emal müəssisələri yaradılır, sakinlər işlə təmin olunurlar. Yaradılmış aqroparklar regionun aqrar inkişafına böyük töhfə verir. O biri tərəfdən, əhalinin kənd təsərrüfatı ilə məşğul olması üçün müraciət edən hər kəsə torpaq sahələri ayrılır”, – deyə deputat bildirib.

Deputatın sözlərinə görə, Xankəndi şəhərində yaradılmış Qarabağ Universitetinin təkcə ölkəmizdə deyil, bütövlükdə Cənubi Qafqaz regionunda ən böyük ali təhsil müəssisələrindən birinə çevrilməsi istiqamətində işlər aparılır.

Deputat hesab edir ki, görülən işlər və gələcəkdə həyata keçiriləcək böyük layihələr nəticəsində Qarabağ və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın rifahı daha da yüksələcək, həmin ərazilər ölkəmizin ən inkişaf etmiş bölgələrindən birinə çevriləcək.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 05 İyun 2026 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see324

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see316

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see310

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see309

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see286

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see272

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see269

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see266

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see260

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see259

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see256

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see253

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see244

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see241

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see235

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see230

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see229

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see219

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see209

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri