Icma.az
close
up
RU
Məcburi köçkünlərin təhsili azad torpaqlara Qayıdışın birinci vəzifəsidir”

Məcburi köçkünlərin təhsili azad torpaqlara Qayıdışın birinci vəzifəsidir”

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

"Böyük Qayıdış”ın hədəflərindən biri-ixtisaslı kadların əmək bazarında xüsusi çəkisinin artırılmasına xidmət edən qanun layihəsini hər birimiz alqışlayırıq. Dövlətimiz azad torpaqlara dönəcək 100 minlərlə insanın peşə təhsili xərclərini üzərinə götürməklə millətimizin gələcəyinə investisiya qoyur, uzun illər işğal altında olan torpaqların dirçəldilməsi və ölkəmizin bütün bölgələri ilə inteqrasiyası üçün əhəmiyyətli təməllər formalaşdırır. Lakin eyni zamanda, biz artıq qanunvericilik sistemimizdə də yeni əsrə daxil oluruq. Belə ki, uzun illər Ermənistanın təcavüzü nəticəsində həm də hüquqi aktlarımızı müxtəlif qeyd şərtlər və natamam əhatə dairəsi üzrə qəbul etməyə məcbur olmuşuq. İndi parlaq Qələbəmizdən sonra qanunvericilik sistemimiz də bütövləşir və işğal əvəzinə “Qayıdış qanunları” yaradılır. 2023-cü ilin mayında qüvvəyə minən vergi güzəştlərinə dair qanun layihələri də dediyimiz silsiləni təşkil edir".

Redaktor.az xəbər verir ki, bu sözləri millət vəkili Zahid Oruc Milli Məclisin növbəti plenar iclasında deyib. Onun sözlərinə görə, ölkəmizdə 84 peşə təhsili üzrə 134 ixtisasa qəbul aparılır.

"Əlbəttə, hər il orta məktəbi bitirən məzunların dəyişkən olmasına rəğmən 120 minə yaxın olduğunu nəzərə alsaq, peşə təhsilindəki tələbələrimizin xüsusi çəkisi ümumi tərkibin cəmi 10 faizini təşkil edir. Xanımlarımızın peşə təhsilində çəkisi isə 36 faiz olduğunu bilərək, ölkəmizin əmək bazarında gender mütənasibliyinin qorunub saxlanılmasına müsbət təsir edir. Əlbəttə, xarici dövlətlərin, məsələn Cənubi Koreya ilə əməkdaşlıq çərçivəsində müasir və beynəlxalq standartlara cavab verən peşə təhsili müəssisəsinin yaradılması təqdirəlayiqdir. Bütün bölgələrimizdə məğulluğun təminatı üçün birinci növbədə gərək olan ixtisaslı, peşəkar kadrların məhz azad torpaqlarımızda yaradılması gələcəkdə dayanıqlı məskunluğun təmini deməkdir, əhalini böyük məsrəflər hesabına doğma torpaqlarına dönüşə can atan dövlətin daxili miqrasiyadan qorunmaq, 100 milyardlarla manat vəsait qoyulan böyük torpaqlarda insan kapitalını inkişaf etdirmək deməkdir. Əks halda, qısa müddət sonra o insanlar müxtəlif şəhərlərə geri dönə bilər".

Deputat qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin rəsmi məlumatı bizi dərindən düşünməyə və ciddi addımlar atmağa vadar edir.

"Belə ki, gələn ilin sonuna azad torpaqlara qaytarılacaq əhalinin peşə və ali təhsil göstəricisi onların 80 faizə qədərinin ixtisaslarının olmaması o deməkdir ki, hazırda dövlətimizin qarşısında dayanan ən taleyüklü vəzifələrdən biri məhz məcburi köçkünlərin təhsil problemlərini həll etməkdir. Gələcəkdə azad torpaqlarda formalaşacaq kiçik və orta sahibkarlığın , yaxud güclü sənaye müəssislərinin kadr bazası kənardan deyil, məhz yerli əhali hesabına formalaşmalıdır. Ona görə də hazırda dövlətin qayığısını zamanın çağırışıdır və biz sürətlə bir sıra mühüm vəzifələri həll etməliyik.

Haşiyə olaraq, ötən əsrin 70-ci illərində Sinqapur Asiyada və dünyada iqtisadi baxımdan geri qalan ölkələr sırasında idi. Dövlət strategiyanı təhsil üzərində qurdu, xüsusilə peşə ixtisasları kütləvilik təşkil etdi. Üzrəindən 30-40 il keçəndən sonra seçilən kurs öz müsbət nəticələrini verdi. Hazırda ÜDM-in adambaşına düşən nisbətinə görə qabaqcəl ölkələr sırasında məhz Asiya pələngləri dayanır. Ona görə də ideoloji rəngini bir kənara qoysaq, Sovetlər Birliyi yarandığı gündən bütün əhalini savadlandırmaq vəzifəsini qarşısına qoymuşdu və geri qalmış aqrar ölkədən nüvə dövlətinə çevrilmək də məhz həmin siyasətin nəticəsidir.

Əhalimizin 65 faizi peşə təhsilinə inamla yanaşır. Heç bir dövlət 100 faiz vətəndaşlarına ali təhsil verə bilmir. Gərək də deyil. Dünyada rəqəmlər və hədəflər fərqlidir. Qabaqcıl ABŞ-da sözügedən göstərici 50 faziə çatmır. Çünki yüksək biliklər tələb edən iqtisadi-sosial sferalar onsuz da bütün insanların hətta orta təhsili yüksək alsaydılar belə, yenə hamısını tam ixtisasla təmin etməyə imkan verməyəcəkdi".

Z. Oruc əlavə edib ki, bütün zəif oxuyan şagirdləri peşə təhsili ilə əhatə etsək, o cümlədən, təqaüdləri artıra bilsək, o zaman gerçəkdən ixtisaslı kadrlar məsələsini Qarabağ problemi kimi həll edə bilərik.

"Peşə Təhsili üzrə Dövlət Agentliyi məzunların 20 fazinin təhsil alarkən işlə təmin olunduğunu qeyd edir. Digər tərəfdən, ötən ilki 13000 məzundan 30 faizə qədəri iş tapa bilib. Əmək bazarının sürətlə dəyişdiyini nəzərə alsaq, xüsusilə aviasiya, elektron texnikası mühəndisləri, İT sahəsi, o cümlədən, müasir smart naviqasiya sistemləri üzrə mütəxəssislərə dərin ehtiyacı qarşılamq mümkün olmayıb.

Hər bir ölkənin milli təhlükəsizliyi içərisində məhz xaricdən deyil, milli kadrları hesabına idarəetmə və əmək bazarınının ehtiyaclarını qarşılaya bilməsidir. Ona görə də sözügedən qanun geniş təbliğ olunmalı, Nazirliyə hər cür dəstək göstərilməlidir.

Qarabağ Universiteti Ali Baş Komandanın xüsusi təyinatlı təhsil ordusu yaratmaq strategiyasıdır. Peşə təhsili müəssisləri də artıqdca ölkəmizin inkişafı daha da sürətlənəcək, miqrasiya axınları azalacaqdır. Məcburi köçkünlərin indiyədək təhsilə əlçatanlığınıən aşağı olmasını aradan qaldırmaq və bütün əhaliyə vahid dövlət siyasətini çatdırmaq baxımından 2025-ci ilin ən mühüm hqquqi aktını hər kəs müdafiə edəcəkdir".

Türkan İSGƏNDƏRLİ 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 Fevral 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see185

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see166

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see157

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see153

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see143

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see140

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see136

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see136

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see135

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see134

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see133

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see129

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see129

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see128

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see128

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see126

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see124

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see124

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstan rəsmiləri ilə görüşdü FOTO

30 Noyabr 2025 21:53see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri