Məcburi köçkünlərlə maarifləndirmə görüşləri
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununda keçmiş məcburi köçkünlər üçün bir sıra sosial müdafiə tədbirləri nəzərdə tutulur. Bunlardan biri də sosial müdafiəyə ehtiyacı olan məcburi köçkünlərin yararlandığı, dövlət büdcəsinin vəsaiti hesabına ödənilən vahid aylıq müavinətdir.
XQ xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən keçmiş məcburi köçkünlərin müvəqqəti qeydiyyatda olduqları yaşayış yerləri üzrə icmalar və ağsaqqallar ilə daimi görüşlər keçirilir, onlara sosial müdafiə tədbirləri, o cümlədən vahid aylıq müavinətin qanunvericilikdə nəzərdə tutulan başaçatma müddətləri, müddətin axımı, habelə bunun qanuniliyi və zəruriliyi məsələləri, eləcə də köç prosesinə aid məsələlər haqqında ətraflı məlumat verilir. Bununla əlaqədar olaraq, növbəti tədbir Səbail rayonu, A.Məmmədov küçəsi 22/24 ünvanında yerləşən 600 saylı Hərbi Hissə Evlər idarəsinin yataqxanasında müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə keçirilib. Dövlət Komitəsinin aidiyyəti struktur bölməsinin əməkdaşları tərəfindən məcburi köçkünlərə sosial müdafiə tədbirləri və Böyük Qayıdışla bağlı ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
M.MİRZƏ
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 16 Oktyabr 2026 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















