Məcid Taxt Rəvançi: “İran nüvə silahında maraqlı deyil, razılaşma mümkündür”
Icma.az bildirir, Ayna portalına istinadən.
“Omandakı danışıqların bütün iştirakçılarının siyasi iradəsi olsa, o zaman yeni razılaşma əldə etmək mümkün olacaq”
“Vaşinqtonun tək tələbi Tehranın nüvə silahı istehsalını dayandırması olsa, ABŞ və İran Oman danışıqlarında asanlıqla razılığa gələ bilər”. AYNA.AZ xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə müavini Məcid Taxt-Rəvançi Serbiyanın Radio və Televiziyasına müsahibəsində bildirib.
"Amerikalılar deyirlər ki, İran nüvə silahına malik olmamalıdır. Biz təkidlə təkrar edirik ki, nüvə silahı bizim üçün maraqlı deyil. Belə ki, amerikalıların yeganə tələbi İranın nüvə silahına malik olmamasıdırsa, bizim yeni razılaşmamız olacaq", - deyə Taxt-Rəvançi qeyd edib.
İranlı diplomatın sözlərinə görə, Omandakı danışıqların bütün iştirakçılarının “siyasi iradəsi” olsa, o zaman yeni razılaşma əldə etmək mümkün olacaq: “Ancaq kimsə danışıqlara başqa şeylər qatmaq və bununla da işi çətinləşdirmək istəsə, biz buna nail ola bilməyəcəyik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 11 Aprel 2025 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















